"Hamilə qadın ciftin ayrılması, uşaqlıq qanaxması, ölü döl diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya daxil olub. Həkimlər ona lazımi yardımı göstəriblər. Evdə o qədər qan itirib ki, təzyiqi çox aşağı düşmüşdü. Təzyiqini qaldırıb, damarına qan qoşub müdaxilə ediblər. Uşağı götürüb, qanaxmanı dayandırıblar. Əməliyyatdan sonra xəstə çox qan itirdiyi üçün komaya düşüb. Aparılan reanimasyon tədbirlərə baxmayaraq səhərə yaxın xəstə tələf olub”.
S.Məmmədova bildirib ki, bu, Aytac Tapdıqlının birinci hamiləliyi olub.