adalet.az header logo
  • Bakı 13°C
21 Noyabr 2017 12:39
19447
KRİMİNAL
A- A+

Balakəndə nəzir qutuları qarət edilib

Balakəndə kənd məscidlərinin nəzir qutularını qarət edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da rayon ərazisindəki mağazalardan birindən danışıq kartları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Mehman Gəncəyev, Tural Lelimadov və Kamran Muradov saxlanılıblar.

Onların cari ilin sentyabr-noyabr ayları ərzində rayon ərazisində daha 1 evdən, 3 mağazadan pul, ərzaq məhsulları, danışıq kartları, habelə Qazma, Qabaqçöl, Mahamalar, Kortala, Meşəşambul və Şambul kənd məscidlərində olan nəzir qutularından pul oğurlamaları da müəyyənləşib.