adalet.az header logo
  • Bakı 11°C
21 Noyabr 2017 17:54
19599
MƏDƏNİYYƏT
A- A+

Türk aktrisaya İranda qadağa qoyuldu

Nurgül Yeşilçaya qadağa qoyulub.

Adalet.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, İran Mədəniyyət naziri Abbas Salihi "Gözəl cin” filmində rol alan Nurgül Yeşilçayın aktyor heyətindən çıxarılmasını göstəriş verib.

İran rejissoru Bayram Fazlının "Gözəl cin” filminin çəkilişləri İsfahanda tamamlanıb. Ancaq film qəribə mübahisələr doğurub. Prodüserin verdiyi məlumata görə, İran Mədəniyyət naziri Abbas Salihi Nurgül Yeşilçayın filmdən çıxarılmasını istəyib: "Aktyor heyətində yaxud da çəkilişdə dəyişiklik etmək imkansız. Ssenari İran Film Təşkilatına təqdim edilib, türk aktrisasının da filmdə rol alınacağı söylənilib. Bütün bunlara Film Təşkilatı razılıq vermişdi”.

"Türk və İranın ortaq işi olan "Gözəl cin” filmində tək tərəfdən dəyişiklik etmək düzgün olmaz” – prodüser daha sonra bunları söyləyib.