adalet.az header logo
  • Bakı 20°C
21 Noyabr 2017 16:25
14144
ƏDƏBİYYAT
A- A+

Şərif Ağayardan yeni roman gəlir

Yazıçı Şərif Ağayarın yeni romanı çap olunacaq.

Adalet.az-ın verdiyi xəbərə görə, "Ağ göl” adlı roman 2018-ci ilin əvvəllərində "Qanun” nəşrlər evində işıq üzü görəcək.

Yeni romanı barədə danışan müəllif bildirib ki, bu kitab üslubuna və mövzusuna görə onun yaradıcılığı üçün yenidir: "Mövzu bir az çoxşaxəlidir. Əsas planda sovetlərin dağılmasının nəticəsi olaraq fərqli düşüncələrin, fərqli mədəniyyətlərin qarşılaşmasıdır. Eyni zamanda, mistik xətti də var romanın.”

Xatırladaq ki, "Ağ göl” müəllifin sayca dördüncü romanıdır. Bundan əvvəl "Haramı” (2011), "Gülüstan” (2016) və "Arzulardan sonrakı şəhər” (2015) romanları çap olunub.