adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Noyabr 2017 10:00
9991
GÜNDƏM
A- A+

Milli Məclisdə büdcə müzakirələri başlayır

Bu gündən - noybarın 21-dən 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Adalet.az-ın məlumatına görə, büdcə müzakirələri ilə bağlı parlamentin plenar iclasları 3 gün davam edəcək.

Noyabrın 21, 22, 23-də 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.

Baş nazir Artur Rasizadənin də sabahkı iclasa qatılacağı gözlənilir.

3 gün davam edəcək iclaslarda Milli Məclisin gündəliyinə aşağıdakı 7 məsələ daxil ediləcək:


1. "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə


2. "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə


3. "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə


4. "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə


5. "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə


6. Azərbaycan Respublikası Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında


7. Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında.