adalet.az header logo
  • Bakı 7°C
20 Noyabr 2017 18:00
10450
HADİSƏ
A- A+

Azərbaycanda meşə massivi yandı

Şərqi Azərbaycanın Kəleybər şəhərində Deyvəri dağının meşə massivi yanıb.

Adalet.az xəbər verir ki, bazar günü axşam saatlarından başlayan yanğın böyük bir ərazini əhatə edib. Güclü külək səbəbindən yanğının qarşısını almaq çətinləşib.

Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Agentliyinin İnformasiya Şurasının katibi Davud Qasımzadə yanğının bu gecə saat 3 radələrində söndürüldüyünü və insan tələfatının olmadığını deyib.