adalet.az header logo
  • Bakı 6°C
20 Noyabr 2017 17:45
12635
İDMAN
A- A+

Yığmamız Albaniyaya qalib gəldi

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyədə təşkil olunmuş beynəlxalq turnirdə - "Mercedes Benz” Egey kubokunda bu gün ilk oyununu keçirib.

Adalet.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Albaniya komandası ilə qarşılaşan yığmamız Bəhruz Tanriverdiyevin vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.

Yığmamız turnirdə növbəti oyununu noyabrın 21-də Kosovo komandasına qarşı keçirəcək.