Almaniya Yeni hökumətini qura bilmir
Almaniyanın Azad Demokratlar Partiyası Anqela Merkelin rəhbərlik etdiyi konservativ blokla yeni hökumətin qurulması məsələsində kompromisə gələ bilmədikləri üçün növbəti danışıqlarda imtina edib. Bu barədə məlumat verən partiyanın lideri Kristian Linder qeyd edib ki, 12 saatlıq müzakirələrdən heç bir nəticə əldə edilmədiyi üçün, onun partiyası növbəti danışıqların aparılmasını lüzusuz görür.
Linder bəyan edib ki, " Koalisiya yaratmaq istəyən dörd partiyanın ölkənin gələcək inkişafı üçün baxışları və fikirləri üst-üstdə düşmür. Bu gün əsas məsələlər üzrə mövqelərimiz fərqlidirsə, onda gələcək barədə ümumiyyətlə düşünməyə dəyməz. Onlar öz mövqelərini müdafiə edirlər, biz isə öz mövqeyimizi”.
Anqela Merkellin rəhbəri olduğu konservativ blok yeni hökumətin formalaşdırılması üçün aparılan danışıqların heç bir nəticə verməməsindən təəsüfləndiyini bildirib. Kansler bununla bağlı ölkə prezidenti Frank-Volter Ştaynmayerlə görüşəcəyini və hansı addımların atılacağının müəyyənləşdiriləcəyini qeyd edib.
Ekspertlər Bundestaqa seçkilərin nəticələri bəlli olandan sonra, koalisiya hökumətinin qurula biləcəyini əvvəlcədən də şübhəyə almışdılar. Dörd müxtəlif baxışlı partiyanın əsas məsələlərdə razılığa gələ biləcəyi inandırıcı görünmürdü. Yeni hökumətin formalaşdırılması mümkün olmadığı halda Almaniya parlamentinə yeni seçkilərin keçirilməsi məsələsi də gündəmə gətirilə bilər.
Rüstəm Hacıyev