adalet.az header logo
  • Bakı 7°C
20 Noyabr 2017 15:31
19892
MARAQLI
A- A+

Türkiyədə əhalisinin yarısının diş fırçası yoxdur

Statistikaya görə, Türkiyədə hər iki evdən birində diş fırçası yoxdur. İl ərzində əhalinin yalnız bir faizi müayinə üçün stomatoloqa müraciət edir.

Adalet.az xəbər verir ki, bu sözləri türkiyəli stomatoloq Əsli Tapan "Doğan” agentliyinə açıqlamasında deyib. O bildirib ki, Türkiyədə hər 10 nəfərdən 9-da dişlə bağlı problem var:

"60 yaşdan yuxarı insanların yarısının demək olar ki, dişi yoxdur. Əhali hətta diş fırçalarını belə il ərzində dəyişmir”.