adalet.az header logo
  • Bakı 7°C
20 Noyabr 2017 15:25
11376
İDMAN
A- A+

UEFA 6 klubumuza pul ayırdı

UEFA Azərbaycan klublarına maliyyə yardımı edib.

Adalet.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qitə futbol qurumu Premyer Liqada çıxış edən 6 komandaya pul ayırıb.

2016/17-ci il mövsümünü əhatə edən UEFA-nın "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində həmin mövsüm Azərbaycan Premyer Liqasında çıxış etmiş, amma UEFA Çempionlar Liqası və Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına UEFA-dan ayrılan maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə aşağıdakı cədvələ uyğun olaraq köçürülüb.

"Zirə”, "Keşlə”, "Sumqayıt”, AZAL, "Neftçi” və "Kəpəz”in hər birinə 71 min 53 avro ödənilib.

Qeyd: "Kəpəz” və "Keşlə” (sabiq "İnter”) üçün nəzərdə tutulmuş vəsait klubların aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesablarına köçürüləcək.