adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Aqil ABBAS: AZƏRBAYCANIN BELİNİN QIRILDIĞI GÜN

AQİL ABBAS
72311 | 2017-11-21 10:25

Çox ağır ifadədi.Amma bu, elə beləydi. İnsan gərək ağlını nə qədər itirə ki millətin say-seçmə oğullarını,dövlətin bel sütunlarını,ermənilərin adlarını eşitdikdə altlarını islatdıqları şəxsiyyətləri yığa bir vertolyota və sinidəgöndərə düşmənin düz ortasına.

Yaratdığı xüsusitəyinatlı milis dəstəsinin gücü ilə təpədən-dırnağa silahlanmış erməni quldurlarınıvurub Çaykənddən, Kamodan, Azaddan çıxarmış, yalnız avtomatla silahlanmış milisin,ov tüfəngi ilə silahlanmış könüllülərin gücüilə erməni tankının, topunun qabağında Dağlıq Qarabağda Azərbaycan kəndlərini qorumağı bacaran Məhəmməd Əsədovun, gedib DağlıqQarabağın ortasında erməni quldurlarınınhəbsinə nail olan, şəxsən istintaqını aparan İsmət Qayıbovun, dünyaca ünlü akademik Tofiq İsmayılovun başınaermənilər nə qədər pul qoymuşdular. Eləcə də həmin dəhşətli hadisədəhəlak olan böyük şəxsiyyətlərin başına pul qoymuşdular.

Sən onları yığırsanbir vertolyota və sinidə göndərirsən ki, alın, qırın.

Və sonra da rəsmiməlumat yayırsan ki, vertolyot dumana düşüb, dağa dəyib partlayıb.

Osman Mirzəyev! Azərbaycanmətbuatının ağsaqqallarından biri! Murdar suya qoyulubiçiləsi bir kişi!

Könlümdənbir dəli ağlamaq keçir. Dostum Alı Mustafayevin həyatda dəlicəsinə ağlamağınıgörməmişdim, amma ölümü ilə bütün Azərbaycanxalqını dəlicəsinə ağlatdı.

Plavski!O rus deyildi ey, təpədən-dırnağa azərbaycanlıydı. Və oturmuşduXankəndində, ermənilərlə dör-dör döyüşürdü.

VaqifCəfərov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı.Bir dəfə də ermənilər onun mindiyi vertolyotuvurmuşdular, amma sağ qalmışdı. 20 noyabrda isə…

Hələutanmaz-utanmaz sonra da bir şayiə yaydılarki, vertolyotu Qatır Məmməd vurub. Təbiiki, buna inananlar da tapıldı. Qatır Məmmədin postuyla vertolyotun vurulduğu Qarakəndin arası 20 kilometrdi. O vaxt yalnız bir tankı, beş-altı da qranatamyotu olan Qatır Məmmədin 20 kilometrlikdəbir vertolyotu vurmasıqeyri-mümkün idi. Əslində indiki müasir silahlarla da bu çox böyük ustalıq tələb edir. Amma hökumət bu şayiə ilə xalqı inandıra bilmədi.

Bu gün həm də mənimən şərəfli töhmət aldığım gündü.

«Ədalət» onda həftədəbir dəfə - şənbə günü çıxırdı. 20 noyabr isə ara gününə düşmüşdü. Qarabağdabir bölgə müxbirimiz vardı Faiq Sadıqov, çox igid oğlandı. Səngərlərdən bizə reportajlargöndərərdi, məqalələr göndərərdi. Çəkinmədən Xankəndinə gedərdi. Hadisəni eşidən kimi onu axtarıb Ağdamda tapa bildim. Dedim nə olur-olsun get hadisəyerinə, mənə dəqiq məlumat çatdır. Ağdamın milis rəisindən də xahiş elədim ki, Faiqəkömək elə. Faiq getdi hadisə yerinə, amma vertolyota 500 metr qalmış maşından düşürmüşdülər ki, burdanbelə olmaz. O da hadisənin şahidlərini tapıb danışdırmışdı.Hadisə yerində təhqiqat aparan Adil müəllimi(deyəsən, Bakı şəhər prokuroru idi) danışdırmışdı. Sonra Ağdama qayıdıb telefondaəsl həqiqəti bizə çatdırmışdı.

İşdən sonra uşaqlaradedim ki, getməyin, bu gecə qəzet çıxaracağıq. Təbii ki, nəşriyyat icazə verməzdi. Direktora az qala ilan dili çıxartdım, razılıq verdi. Sonra da mətbəədəkim lazımıydı – ustalardan tutmuş fəhlələrədəkhamısını gördüm. Dedim bu gecə evə getməyəcəksiz, gecə saat birdən sonrabir «levıy» qəzet buraxacağıq.

Babək Yusifoğlu,Faiq Qismətoğlu, Lətif Süleymanlı, Rəşid Faxralı, Daşdəmir Əjdəroğlu səhərədək çalışdıq.Səhər saat 5-in yarısı, yadımdan çıxıb, deyəsən 70 min tirajla qəzeti buraxdıq.

Saat10-da Hüquqşünaslar İttifaqında bomba partladı. O zaman qəzet Azərbaycan Hüquqşünaslarİttifaqının orqanı idi. Bütün işçiləri yığdılarittifaqa. Bir tərəfdən icazəsiz qəzet buraxmağım,ikinci tərəfdən də hökumətə və ölkə rəhbərliyinə solaxay çomaq tolazlamağım. Nəisə, bir şiddətli töhmətlə aradan çıxa bildim.

Qəzetİttifaqın orqanı olan zaman düz 11 dəfə töhmət almışdım, hamısı da belə şeylərəgörə. Bir dəfə də Ayaz Mütəllibovun müsahibəsini 7-ci səhifədə verdiyimə görə (bu sırf texniki səhv idi, qəsdən edilməmişdi) işdən çıxarılmışdım. Düz bir aydan sonra İsmət Qayıbovun təkidiylə yenidən vəzifəmə bərpa olunmuşdum.

Bəli,bu gün Qarakənddəki dəhşətli faciədən 26il +1 gün keçir.

Bugün həm də mənim ən şərəfli töhmət aldığım gündən 26 il keçir.

P.S.Bir də mənim şərəfli töhmət aldığım gününsəhəri bir qəzetdə mənim və işçilərim haqqında böhtan dolu bir yazı çap olundu. Guya mən həmin gün mətbəəninfəhlələrini içirdib işlədibmişəm.

Nəisə…

TƏQVİM / ARXİV