adalet.az header logo
  • Bakı 7°C
20 Noyabr 2017 15:03
42145
MƏMLƏKƏT
A- A+

Cocuq Mərcanlı növbəti sakinlərini gözləyir - Daha 100 ev hazırdı

Cəbrayılın Cocuq Mərcanlı kəndində daha 100 ailənin köçürülməsi üçün işlər tam yekunlaşıb. Bu barədə Modern.az-a Cəbrayılın Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov məlumat verib.

X.Zeynalov kəndin öz sakinlərini gözlədiyini açıqlayıb:

"Hər şey tam hazırdır, Cocuq Mərcanlı növbəti sakinlərini gözləyir. Dünən su xətlərini də yoxladılar”.

İcra nümayəndəsi deyib ki, asfalt örtükləri də vurulub:

"Bu gün yaşıllıq salınır, ağaclar əkilir. Artıq kənd növbəti sakinlərini qəbul etməyə hazırdır”.

Qeyd edək ki, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsində 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb.

Xatırladaq ki, birincimərhələdə kənddə 10hektarərazidə 50 fərdievinvəmüvafiqinfrastrukturun tikintisiaparılıb.Tikilmişevlərə Cəbrayılrayonunun CocuqMərcanlı kəndindənolanvə əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülüb.Ümumisahəsi 3850kvadratmetrolanmənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.Həmin evlərdə 50 ailəyaşayır.