adalet.az header logo
  • Bakı 7°C
20 Noyabr 2017 14:56
12771
SİYASƏT
A- A+

Pakistan və Türkiyənin XİN rəhbərləri Bakıya gəlir

Noyabrın 30-da Bakıda Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin görüşü olacaq.

Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında məlumat verib.

Nazir qeyd edib ki, nazirlərin görüşü İstanbul Prosesi çərçivəsində Bakıda keçiriləcək 7-ci nazirlər konfransından əvvəl baş tutacaq.