adalet.az header logo
  • Bakı 20°C
20 Noyabr 2017 14:34
12068
İDMAN
A- A+

“Kəpəz”in yeni baş məşqçisi bəlli oldu

"Kəpəz” Peşəkar Futbol Klubunun yeni baş məşqçisi müəyyənləşib.

Adalet.az xəbər verir ki, klubun Müşahidə Şurasının (MŞ) qərarına əsasən, komanda Yunis Hüseynova həvalə olunub. Y.Hüseynov "Səbail” ilə oyundan sonra istefa verən Şahin Diniyevi baş məşqçi postunda əvəz edib.

Onun komanda üzvlərinə sabah təqdim olunması gözlənilir.

Qeyd edək ki, Y.Hüseynov karyerasına "Kəpəz”də başlayıb. O, daha sonra "Neftçi” və "ANS Pivani”də də çıxış edib. Y.Hüseynov futbolçu kimi Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub. İki dəfə ölkənin ən yaxşı futbolçusu seçilib, ən yaxşı idmançı kimi "Humay” milli mükafatına layiq görülüb.

O, məşqçilik fəaliyyətinə "Karvan”da (Yevlax) başlayıb. Daha sonra "Standart” (Bakı) və "Xəzər Lənkəran” (Lənkəran) kimi klublarda baş məşqçi işləyib.