adalet.az header logo
  • Bakı 7°C
20 Noyabr 2017 12:23
13774
SİYASƏT
A- A+

“Rusiya-ABŞ münasibətləri Qarabağ münaqişəsinə təsir etmir” - Lavrov

"Rusiya və ABŞ arasında münasibətlər Dağlıq Qarabağ münaqişəsinə təsir etmir"

Adalet.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ADA universitetində tələbə və müəllim heyəti ilə görüşdə bildirib.

"Qarabağ münaqişəsi ona görə unikaldır ki, Rusiya əleyhinə olan dərin narazılıqlara baxmayaraq, rəsmi Vaşinqtonun münaqişənin həllinə dair mövqeyi dəyişməyib. Bir çox sahələrdə əlaqələr dalana dirənib, lakin Qarabağ nizamlanması üzrə əməkdaşlığa ziyan dəyməyib”, - deyə Lavrov vurğulayıb.

Rusiya XİN rəhbəri ümid edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin ötən ay baş tutan görüşü Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Rusiya və Fransa) ümumi səylərində durğunluğu aşmağa və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində irəliləməyə imkan verəcək.(azvision.az)