20 noyabr 1991-ci il…

ƏZİZƏ İSMAYILOVA
65213 | 2017-11-20 11:56

O vaxt məktəbli idim. Yadıma gəlir, ucqar birrayonda bu xəbərdən hamımız necə sarsılmış və hətta qorxmuşduq. Busiyahıda olanlardan o vaxt ancaq baş prokuror İsmət Qayıbovu, daxili işlərnaziri Məhəmməd Əsədovu və jurnalist Osman Mirzəyevi tanıyırdım.

Televiziyada tez-tez gördüyüm üçün tanıyırdım,təbii ki...

Amma İsmət Qayıbovu hamı tanıyırdı və həm dəsevirdik. Onun televiziyadakı çıxışları hələ də yadımdadır. Ailəlikcə həvəsləizləyirdik onun televiziyadakı çıxışlarını. Həm də sevirdik onu. Ekrandansevdirmişdi özünü.

Yadıma gəlir, bir dəfə hansısa rayonun sakinləriilə görüşünü vermişdilər, o qədər səmimi, o qədər içdən danışırdı ki, heç birvəzifəli şəxsin söhbətinə oxşamırdı danışığı. Əlbət ki, o dövrdə uşaqdım, nədanışdığının, yəni mətnin fərqində deyildim, bəlkə də, amma bir şeyin fərqindəidim – bizdən biri kimi danışırdı -sanki Respublikanın baş prokuroru deyildi.

"Qarakənd səmasında vertolyot qəzası baş verib və vertolyotda olan 22nəfər həlak olub. Onların arasında İsmət Qayıbov da var” - kimi xatırlayıramefirdən bizə çatdırılan bu məlumatı.

Biz xəbərlərə axşam baxsaq da, "Hadisə, günorta saatlarında Qarakəndsəmasında baş verib”, - dedi diktor.

O vaxt hələ 20 Yanvar dəhşətini həzm edib qurtarabilməmişdik. Belə hadisələr bizə qorxulu film kimi görünsə də, dərk etməkdə çoxçətinlik çəkirdik. Böyüklər dayanmadan nəsə danışır, müzakirə edirdilər - özbildikləri qədərindən. Bizim isə məktəbli kimi ağlımız kəsən tək bir şey vardıonda – İsmət Qayıbov artıq yoxdur. Rayonumuzda heç kim onun öldüyünə inanmaqistəmirdi... yadımdadır, qəzada həyatını itirənlərdən ən çox onun adıhallanırdı. Hətta zənnimdə yanılmıramsa, TV-də də ən çox ondan danışırdılar, oyanmış cəsədlərin içində onun cəsədini daha çox göstərmişdilər.

Alı Mustafayevi o hadisədən sonra tanıdım.Hətta şeirlərini də əzbərləmişdim.

Hardasa oxumuşdum ki, Alı, bu vertolyotlagetməzdən əvvəl "Şəhidlər Xiyabanı”na xitabən "Dəli bir ağlamaq keçirkönlümdən" şeirini yazmışdı.

Taleyin oyunumu yoxsa ironiyasımı, bilmirəm -sonra Alı özü də o Xiyabanda uyumalı oldu. O adda kiçik bir şeirlər kitabı daçıxmışdı, amma yadımda deyil, ölümündən əvvəl çıxmışdı, yoxsa sonra. O kitabıməhz "Şəhidlər Xiyabanında” onların anım günlərinin birində almışdım. Neçə ilsonra aldığımı isə xatırlamıram.

Bir də onlara qoyulan məzar daşlarınıgöstərdiklərini xatırlayıram. Qızılı rəngdə büstlər idi, yenə də ön plandaİsmət Qayıbov. Ola bilər yanılıram, bəlkə də biz onu ön planda görməkistəmişdik deyə, hər yerdə gözümüzə elə görünürdü.

Düz 26 il keçdi o qorxunc gündən.Yaddaşımızda o gün bu səda ilə qaldı: "1991-ci il noyabrın 20-də Xocavəndrayonunun Qarakənd kəndi üzərində "Mi-8” vertolyotu ermənilər tərəfindənvurulub. Nəticədə içində dövlət və hökumət nümayəndələrinin də olduğu 22 nəfərhəlak oldu”.

Yadıma gəlir, hadisə yerindən görüntüləri dəgöstərmişdilər. Onların yanmış meyitlərini ekranda görüb sözün əsl mənasındadəhşətə gəlmişdik.

O vaxt ölüm-itim xəbərlərinin ekranda bakirəvaxtları idi. Yəni, bugünkü kimi ayaq açmamışdı, hər gün, hər saat, hər dəqiqəbelə qorxunc şeylər göstərib qorxunu adiləşdirməmişdilər. O vaxtlar qorxunun daçəkisi, sanbalı vardı.

Məsələn, ilk dəfə ekranda qanı 20 Yanvardagördüyümü xatırlayıram. İlk dəfə məhz "20 Yanvar” xəbərlərindən ipsinmişdik, qorxmuşduq,qədərsiz və izahsız həyəcanlanmışdıq mavi ekran qarşısında. Bu, ikinci hadisəidi.

Hamısözün əsl mənasında nəyin nə olduğunu unutmuşdu elə bil - qapqara kömürə dönəninsan meyitlərinə baxan hər kəsin gözündə lal bir sükut çığırtısı vardı – "nəbaş verir, görəsən?” "Müharibə olacaq?”

Böyüklü-kiçikli çox qorxmuşduq, çox...

Sonra nə qədər vaxt kişilər "qaraqutu", "qara qutu" deyib danışırdılar.

Yadıma gəlir ki, böyüklər adətən bir səhər obaşdan heyvanı naxıra yola salanda, bir də axşam onu qarşılayanda hamısı biryerə toplaşardı, biz də onların həndəvərində fırlanırdıq.

O vaxt özlərinə xas olmayan bir mövzunumüzakirə etmək onlar üçün də ögey gəlirdi. Vertolyotun "qara qutu”sunun tapılıbtapılmayacağını müzakirə etməyə çalışırdılar. Əsgərlikdə gördüklərinə əsasənməntiqi bir sonluq axtarırdılar bu hadisədə.Səhər-axşam o qədər cavabsız suallar verirdilər ki, bir-birilərinə, bizbelə əzbərləmişdik o sualları... cavab tapa bilmirdilər ki.

Ən çox bu sualı xatırlayıram: "bu qədərböyük vəzifə adamı niyə hamısı birdən vertolyota minib? Bəs onları "oxranyat”edən vertolyot niyə olmayıb?” və hərənin özünə görə bir cavabı... hər gün, hərgün eyni ssenari, eyni söhbət, eyni sual, eyni cavab. Bitmirdi heç.

Bir sözlə, "qara qutu”nun tapılması ilə hərşeyin aydın olacağına inandırmışdılar özlərini – elə biz də inanmışdıq.

Müharibədən uzaqda, müharibə havasındanqorxurduq. Bizə xas deyildi bu söhbətlər-nizamımız pozulmuşdu elə bil. Sankiartıq heç nəyin əvvəlki kimi olmayacağının vahiməsi içindəydik.

"20 Yanvar”dan sonra onsuz da hamımız birgecədə böyümüşdük. Ancaq böyüklərin söhbətlərini dinləyirdik, hamımız da nəyəsəinanırdıq. İçimizdə isə inanmayacağımıznəsə bir hiss vardı, izah edə bilmirəm o nə hissdi, bircə bilirəm ki, böyük birinamsızlıq idi... bəlkə də qorxu idi, bu formada hiss edirdik.

O vaxt məktəbimizdə "20 Yanvarşəhidləri” guşəsinin yanında bir də "20 Noyabr”guşəsi yer aldı – vertolyot qəzasında həlak olanların adları və şəkillərindən ibarət bir guşə. Kim idi onlar?

Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi
İsmət İsmayıl oğlu Qayıbov – Baş prokuror
Məhəmməd Nəbi oğlu Əsədov – Daxili İşlər naziri
Zülfü Saleh oğlu Hacıyev – Baş nazirin müavini
Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili
Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili
Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatında şöbə müdiri
Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini
İqor Aleksandiroviç Plaviski – DQMV-nin prokuroru
Vladimir Vladimiroviç Kovalyov – DQMV-nin Daxili İşlər İdarəsinin rəisi
Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsininrəisi
Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı
Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-nin müavini
Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru
Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant
Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi
Alı Mustafa oğlu Mustafayev – telejurnalist
Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-də işıqçı
Fəxrəddin İbrahim oğlu Şahbazov – video-operator
Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri
Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü
Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.

O vaxt rayonumuzda hətta müəllimlər də ancaq bu mövzudandanışırdılar. Hər kəsi yalnız bircə şey düşündürürdü - bu qədər vəzifəli adamniyə birdən hamısı bir vertolyota minib Qarakəndə getməli olublar və necə olubki, onları kimsə müşayiət etməyib?

Təbii ki, heç kim bu suala cavab tapa bilmədi və yəqin ki, bir də heçvaxt tapa bilməyəcək...

Üstündən iyirmi altı il keçməsinə baxmayaraq, hadisə ilə bağlı birsıra qaranlıq məqamlara bu günə qədər aydınlıq gətirilməyib.

Faktla bağlı 1991-ci ildə Azərbaycanın HərbiQarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb və istintaqın aparılmasıRespublika Prokurorluğuna verilib.

Hazırda isə cinayət işi üzrə istintaqdayandırılıb. Buna səbəb terror aktının baş verdiyi ərazinin Ermənistan silahlıqüvvələrinin işğalı altında olmasıdır.

Hamısını sayqı ilə anır və ruhları qarşısında baş əyirəm!


TƏQVİM / ARXİV