adalet.az header logo
  • Bakı 7°C
20 Noyabr 2017 17:19
30541
MARAQLI
A- A+

Nəhəng asteroid yaxınlaşır

Yer kürəsinə hər gün bir az daha yaxınlaşan Panteon asteroidinin dekabrın 17-də planetimizə ən yaxın məsafədə olacağı gözlənilir.

Adalet.az xəbər verir ki, 5 kilometr uzunluğu olan nəhəng asteroid dünyadan 10 milyon kilometr uzaq məsafədə olacaq.

Asteroidin Yer planetinə yaxınlaşması "Geminid" (Əkizlər) metorit yağışı ilə paralel baş verəcək. Meteorit yağışı isə 13-14 dekabr tarixində gözlə görünə biləcək səviyyədə olacaq.

Mütəxəssislərin bildiriyinə görə, Panteon asteroidi hazırki ölçüsündən dəfələrlə böyük olub. Lakin o, Günəşə bir neçə dəfə yaxın məsafədə olduğu üçün eroziyaya uğrayıb.

Astronomlar asteroidin planetimiz üçün heç bir təhlükə daşımadığını bildirib.