adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
19 Noyabr 2017 16:36
10227
İDMAN
A- A+

Milli üzvü və klubu zirvədə

Voleybol üzrə Rusiya Super Liqasında VI tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazanın "Dinamo” klubu doğma meydanda Krosnador "Dinamo”su ilə qarşılaşıb.

Adaşların qarşılaşması Tatarıstan təmsilçisinin 3:0 (25:17, 25:19, 25:17) hesablı asan qələbəsi ilə yekunlaşıb.

Matçın iştirakçısı olan Məmmədova 6 xal toplayaraq komandasının qələbəsində pay sahiblərindən biri olub.

Qeyd edək ki, 6 oyundan sonra 15 xal toplamış "Dinamo” turnir cədvəlinin zirvəsində qərarlaşıb.