Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzinin açılış olub Adalet.az | Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzinin açılış olub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzinin açılış olub

34170    |   2017-11-19 15:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzinin açılış mərasimi olub.

AMEA-nın Yüksək Texnologiyalar Parkından verilən məlumata görə, "Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzi” beynəlxalq texnologiyaların köçürülməsi, birgə yüksək texnologiyalı məhsulların yaradılması və təşviqi sahəsində əməkdaşlıq məqsədilə yaradılıb. Mərkəzin yaradılmasında əsas hədəf Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında yüksək texnologiyalar sahəsinin birgə inkişaf etdirilməsidir.

Mərkəzin açılış mərasimində AMEA-nın Yüksək Texnologiyalar Parkının rəhbərliyi, Çin-Rus İnnovasiya Texnoparkının rəhbərliyi, Çinin iş adamları və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasından nümayəndələr iştirak ediblər.

Tədbirdə Çin-Rusiya İnnovasiya Texnoparkının baş direktoru Çjan Jençjuna yeni texnologiyalar sahəsində Çin-Rusiya regionu üzrə ilk hökumətlərarası və dövlətlərarası təşkilat olan texnoparkın post-sovet ölkələri ilə böyük əməkdaşlıq təcrübəsinə malik olduğunu bildirib. Qeyd edib ki, texnoparkın ərazisində yeni materialların hazırlanması, biofarmasevtik, elektron və mexaniki sistemlərin inteqrasiyası, yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan 350 rezident fəaliyyət göstərir. Yeni yaradılan mərkəz Azərbaycan və Çin arasında beynəlxalq əməkdaşlığa yeni töhfələr verəcək, Azərbaycanda innovasiya ekosisteminin qurulmasını sürətləndirəcək.

AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev milli innovasiya sistemini genişləndirmək üçün uğurlu layihələrin həyata keçirilməsinin və bu sahəyə investisiya axınının gücləndirilməsinin zəruriliyini vurğulayıb. Bildirib ki, yeni yaradılan Mərkəz texnologiyaların ticarətində elmin inkişaf etdirilməsi, yeni və yüksək texnologiyaların təşviq edilməsi, birgə laboratoriyaların yaradılmasına böyük təkan verəcək. Qeyd edib ki, elm, texnologiya və innovasiya vasitəsilə milli iqtisadi inkişafa töhfə vermək məqsədilə beynəlxalq əlaqələrin genişlənməsi innovasiya siyasətinin həyata keçirilməsi üçün infrastrukturun yaradılmasında mühüm rol oynayır.

Tədbir çərçivəsində AMEA-nın Yüksək Texnologiyalar Park ilə Çin-Rusiya İnnovasiya Texnoparkı arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədə əsasən tərəflər birgə elmi-texniki proqramlar, innovativ layihələr həyata keçirəcək, innovasiya və sənaye infrastrukturunun inkişafı sahəsində informasiya mübadiləsi aparacaqlar.

Çin-Rusiya İnnovasiya Texnoparkının rəhbərliyi səfər çərçivəsində Bakıda bir sıra görüşlər də keçirəcəkdir.



İmza:

Azercell ilə rominqdə onlayn ol

Bakcell abunəçi sorğularını 100% cavablandırıb

DSX-nin bu yeni silah və avadanlıqları ilk dəfə nümayiş etdirildi - FOTOLAR

Azərbaycan şirkəti mobil bomba sığınacağı hazırlayıb - FOTO

DSX yeni kamikadze PUA-nı təqdim etdi - SKY STRİKER

Yeni iPhone telefonlarının satışları gözləntiləri doğrultmayıb

Bakcell məktəbliləri “İnternetdən təhlükəsiz istifadə” ilə tanış edir

Bakcell və “ASAN Məktub” leykemiyadan əziyyət çəkən uşaqları sevindirib

Bakcell bölgələrdən LİMİTSİZ zəngləri gündəlik sadəcə 30 qəpiyə təklif edir

Bakcell jurnalistlər üçün seminar keçirdi

“DaimOnline” kampaniyası daha iki universitetdə

“Bakcell” nümayəndələri jurnalistlərin qarşısına çıxdı

SON XƏBƏRLƏR
2019-01-19
2019-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK