adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Noyabr 2017 11:27
15371
ƏDƏBİYYAT
A- A+

Elif Şafak nüfuzlu mükafata layiq görülüb

Türk yazıçı Elif Şafak Avropa Ədəbiyyat Günləri çərçivəsində "Avstriya kitabçılarının fəxri mükafatı" ilə təltif edilib.O, bu mükafata əsərlərində düşüncə və fəaliyyətdə dözümlülüyü təbliğ etdiyinə görə layiq görülüb.

Avstriyanın Şpits an der Donau şəhərində keçirilən mərasimdə qeyd edilib ki, E.Şafakın əsərlərində insanların bir-biri ilə düzgün ünsiyyəti üçün həssas yanaşmalar, eləcə də maraqlı personajlar və hekayətlər builki seçimlərdə jürinin diqqət mərkəzində olub. Buna görə də hazırda London və İstanbulda yaşayan yazıçı on min avro dəyərindəki mükafata layiq görülüb.

Qeyd edək ki, indiyədək 15 kitabı işıq üzü görən Elif Şafakın əsərləri 40-dan artıq dilə tərcümə olunub. Yazıçı "Eşq”, "İsgəndər”, "Ustam və mən”, "Cənnət qoxusu” və digər əsərləri ilə həm Türkiyədə, həm də ölkə xaricində sevilən yazıçılardan biridir. /azertag.az/