adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Noyabr 2017 12:18
12769
MƏMLƏKƏT
A- A+

FHN-dən Qaxdakı yanğınla bağlı - Açıqlama

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Qax rayonunun İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın başlayıb.

FHN-dən Adalet.az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub. İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır.

Yanğının meşə zolağına keçmə təhlükəsi yoxdur. Əlavə məlumat veriləcək.