adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
19 Noyabr 2017 11:38
11802
İDMAN
A- A+

Madrid derbisində qalib müəyyənləşmədi

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Atletiko" bu gün La Liqada növbəti oyununa çıxıb.

Adalet.az-ın məlumatına görə, Dieqo Simeonenin komandası 12-ci turda doğma meydanda "Real"ı qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, 12 turdan sonra turnir cədvəlinə 34 xalla "Barselona" başçılıq edir. "Valensiya" 27 xalla ikinci, "Real" və "Atletiko" hərəyə 24 xalla üçüncü, dördüncü pillələri bölüşdürür.