adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
18 Noyabr 2017 11:18
11489
HADİSƏ
A- A+

Bakıda uçqun altında qalan fəhlə barədə rəsmi MƏLUMAT

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda fəhlənun uçqun altında qaldığı barədə məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə yaranan torpaq uçqunu nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu, təxminən 3 m dərinlikdə torpaq altında qalıb.

Məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. İlkin olaraq əməliyyat şəraiti qiymətləndirilib. Mürəkkəb şəraiti (hər an yenidən torpaq uçqunu olma təhlükəsi var) nəzərə alaraq, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilərindən ibarət əlavə xilasetmə dəstəsinin cəlb olunması qərara alınıb. Görülən təxirəsalınmaz xilasetmə tədbirləri nəticəsində vətəndaş Ə.Bağırzadə xilas olunub.