BARZANİ - BARZANİLƏR - 2

SEYFƏDDİN ALTAYLI
61202 | 2017-11-18 00:26
İraq, İran və Suriyanın qüzey bölgələrində özünü göstərən kürdçülük hərəkatının baş memarı ingilislərdir. Yeganə məqsədləri bu bölgənin hidrokarbon ehtiyatlarını ələ keçirmək, istədikləri anda kürdlərdən Türkiyə, İran və Ərəb Yarımadasında özlərinin xeyrinə sui-istifadə etməkdir.
Barzani adı sadəcə olaraq Barzani nəslindən gələnlərin adı deyildir. Bu bölgədə yaşayan kürd tayfalarından olan hər şəxsə Barzani deyilir. Barzan da yeganə bir tayfa və kənddən ibarət deyil. Barzani tayfalar konfederasiyasıdır və Beroji, Mizori, Şervani, Dolemeri kimi kürd tayfalarını əhatə edir.
Bəs kürdlər kimdir? Kürd tarixçilərinin bəziləri özlərinin kökünü urartulara, bəziləri də arilərə calamaq istəsə də alınmayıb. Danışdıqları dilə baxıb hər hansı bir yerə calamaq istəsələr də tutmayıb, çünki bu dilin üçdəbiri fars, bir o qədəri ərəb, bir o qədəri qədim Türkcə və 700 sözün mənşəyi də naməlumdur. Ehtimal ki, bu 700 söz təbiət hadisələri səbəbi ilə yaranıb. Tarixdə ilk dəfə Orta Şərqdə görülüblər, ancaq heç vaxt müstəqil bir dövlətləri olmayıb və hər çağda müstəqillik üçün üsyan etsələr də kötəyi yeyib ayağa durduqları kimi oturdulublar. Ərəb tarixçisi Məsudi onları zalım Dahhaqın əlindən xilas olan fars mənşəli bir xalq olduğunu yazıb. Kürd tarixi Şərəfnaməyə görə onlar Cən nəslindəndir və doğma yurdları Şərqi Türküstandır. Güney Sibirdə Ələgəş çayı sahilində tapılan runik əlifbalı yazılı kitabədə bu sözlər yer tutub: "Bars ilində ölkəm uğrunda əsgər oldum, adamlarım, ayaqqablarım yoxdu.. Ac olduğumu bildikdə bir dənə verdiyimdə səkkiz adam ər idim. Avam xalqım qoşulun. Ölkənin törəsini tərk etməyin. Nə çarə; siz, ölkəm, xanım. Urunqu körüğ tox hakim tərkinə xanım bəy olduğun üçün mən ər Kürd elinin xanı Alq Urunqu altunlu okluğumu bağladım beldə. Ölkem. Otuz doqquz yaşımda xanım. Elimə, sizlərimə nə çarə doya bilmədim. Xanım, elimə nə çarə ayrıldım". Tanınmış tarixçi alim prof. dr. İbrahim Kafəsoğlu "Türk milli kültürü" adlı əsərində kürdlərin iqlim şəraitinə görə ad almış bir türk tayfası olduğunu yazıb. Əlbəttə bir insan özünü nə hiss edirsə, odur. Ancaq bu da məlumdur ki, Yaxın Şərq və Orta Şərqin müəyyən yerlərində atalar demişkən, at izi ilə it izi bir-birinə qarışıb.
İraqın şimal bölgələrində Nəqşibəndi təriqəti yayğındır və bu təriqətə mənsub olanların içində ən güclüsü Barzani tayfasıdır. Molla Mustafa Barzaninin qardaşı Şeyx Əbdüssalam bölgədə Nəqşibəndiliyi yayan Mövlana Xalidin müridi olub. Barzani ailəsindən çıxan Nəqşibəndi şeyxləri həmişə özlərini "Mehdi" kimi qələbə verib. Bunlar hər dönəmdə müstəqil Kürdüstan ideyası ardınca gediblər. Osmanlı içində siyasi anlamda ilk Kürt üsyanını Nəqşibəndilərin Xalidi qolunun şeyxi I Əbdüssalam Barzani müridləri tərəfindən "mehdi" qəbul edilib və qanadlanıb uçduğuna inanılıb. O da İstanbulu ələ keçirib xəlifənin yəni Osmanlı padşahının taxtında əyləşməyin xülyasına dalıb. Osmanlıya bunları, bunları edəcəksən deyə ultimatum da verib. Bir gün tutub pəncərədən yerə tullayıblar, o da uça bilməyərək düşdüyü yerdəcə canını tapşırıb. Şeyx II Əbdüssalam Barzani isə Osmanlıya qarşı silahlı üsyana təşəbbüs ədən ilk Nəqşibənd?-Xalidi Kürd şeyxidir. Birinci üsyan etdikdə bağışlanıb, 1909-cu ildə təkrar üsyan edincə aydın olub ki, Mosuldakı ingilis başkonsulu onu üsyana təşviq edən şəxsdir. Şeyx Osmanlı əsgərləri dalına düşüncə İrana qaçıb, Xoy şəhərində rus generalı ilə görüşüb və Osmanlı dövlətinin hansı şəkildə parçalanacağı Mosul və Vanda kürdlərlə ermənilərin birlikdə nə cür üsyan edəcəkləri, İngiltərə ilə Rusiyanın onlara nə cür dayaq olacağı barədə birlikdə planlar qurublar. Şeyx Əbdüssalam Salmas şəhərindən keçərkən kəndin yiyəsi Sufi Abdullah onları qonaq edib, gecə onunla üç cangüdənini tutaraq Osmanlı əsgərlərinə təhvil verib. Şeyx və adamları Mosula yollanıb, orda məhkəməyə çıxarılıb və edam hökmü kəsilərək 1914-cü ildə dara çəkiliblər.
Şimali İraqda Kürdlərlə yanaşı yəhudilər də yaşayıb, ancaq yəhudilərin bir hissəsi ticarət, zərgərlik kimi işlərlə məşğul olub, diğərləri isə əkin-biçinlə dolanıblar, zaman ərzində süryanilər və ermənilər kimi İslam dinini seçiblər, indi onlardan hansının yəhudi, hansının süryani olduğunu seçmək qeyri-mümkündür; onlar ancaq əməlləri ilə özlərini ifşa edirlər.
İsrail dövləti qurulduğu zaman Hakkaridə və Barzan bölgəsindəki yəhudi kürdlərin bir hissəsi İsrailə köçüb. Kürd Yəhudisi Yona Sabarın 1982-ci ildə yazdığı "Kürdüstan Yəhudilərinin xalq ədəbiyyatı" adlı əsərində 16-17-ci əsrlərdə burada yaşayanların ən tanınmışının Barzani ailəsi, bu ailəyə mənsub Xahamların yaratdığı yəhudi təlim qurumlarının böyük nüfuza malik olduğunu, Barzani ailəsini də 16-cı əsrdə Xaham Samuel Barzaninin qurduğunu vurğulayıb. Ailə daha sonra təsir dairəsini Mosul, Ərbil və Kərkükə yayıb. Buralarda yaşayan kürd yəhudi ailələri sonrakı illərdə Siyonizm əqidəsini mənimsəyiblər. İsrail dövləti yarandıqda Qüzey İraq və Suriyada yaşayan 200 min kürd yəhudisi ora köçüb və İsrail parlamentində önəmli postlar tutublar.
Bəs İsrail dövləti və onun məxfi təşkilatı Mossad niyə Talabanini, ya da özgəsini yox, Barzanini tərcih edib? Siyonist yəhudilər Tanrının özlərinə Tövratda Nil ilə Fərat çayı arasındakı torpaqları vəd etdiyinə inanır. Bu torpaqların mənimsənməsində kürdlər onlar üçün nəzərdən yayındırıla bilməyəcək önəmə malik partnyordur və onların hal-hazırda ən güclüsü də barzanilərdir.
Hal-hazırda bölgədə Mossadın 1300-dən artıq casusunun fəaliyyət yeritdiyi xəbərləri yayılıb.
Məsud Barzaninin dədəsi Molla Mustafa Barzani 1950-ci ildən sonra tez-tez İsrailə gedib, yüksək rütbəli şəxslərlə görüşlər keçirib. Yayılan xəbərlərə görə, 1963-cü ildə Mossadın rəhbəri general Meir Amit ilə görüş keçirib və ondan kürdlərə yardım haqda dəstək sözü alıb. 1967-ci ildə yaranan Ərəb-İsrail hərbində israilin ələ keçirdiyi Sovet silahları kürdlərə bağışlanıb. Həmin ildə İsrailə getdikdə müdafiə naziri Moşə Dayana bir kürd xəncəri bağışlayıb və Kərkük neftayırma zavodunun planlarını ona verib. 1969-cu ildə də İsrailin qırıcı təyyarələri neftayırma zavodunu vurub sıradan çıxarıb.
İsrailin Qüzey İraqdakı kürdlərə bu qədər önəm verməsinin səbəbini İsrail xarici işlər nazirliyində bir vaxtlar yüksək post tutmuş Oded Yinon, Dünya Sionist Təşkilatının nəşriyyat orqanı "Kivunum" jurnalında 1982-ci ildə çap etdirdiyi "İsrail üçün strategiya" adlı məqaləsində dilə gətirib. Buyurun oxuyun:
"İraq etnik və məzhəbi əsaslara görə üç yerə bölünəcəkdir. Qüzeydə kürd dövləti, ortada bir sünni, güneydə də şiə dövləti yaranacaqdı. Bu bölünmə də İsrailin təhlükəsizliyi üçün birinci şərtdir".
Türkiyə ilə İran və İraqla Suriyadakı ərəblər qış yuxusuna getsələr, deyilən olacaqdı, yatmasalar dünyanı Allah saxlasın.
Rusiya Qüzey Suriyada yerləşib və bölgə ilə bağlı sülh müzakirələrinə PKK-nın qolu olan PYD/YPG-ni də səsləyir, digər tərəfdən Türkiyə ilə dostluğa önəm verdiyini yüksək səslə dilə gətirir. ABŞ isə həm "terrorizmə qarşıyam" deyir, həm də Qüzey Suriyada fəaliyyət göstərən PYD-YPG terroristlərinə anbarlarla silah-sursat verir.
"Bu dünyanın qara daşı göyərməz..."

Seyfəddin Altaylı,
Ankara,

TƏQVİM / ARXİV