Aqil ABBAS: GƏNCƏ VƏ GƏNCƏDƏ BİR OĞLAN!

AQİL ABBAS
225485 | 2017-11-20 10:11

Gəncə! Ustad Akifİslamzadə ölməz bəstəkar Cavanşir Quliyevin (sözləri Dilsuz Mustafayevin) bir mahnısını oxuyub: «Bura Vətəndir!» Orda belə bir yer var: «Elə dünyadan əzəl,gözəl Şəkidi, balam gözəl Şəkidi!» Şəkililərin xətrinə dəyməsin, mənə elə gəlirki, elə dünyadan əzəl Gəncədi!

Gəncə həm də xəzinədeməkdi. Mədəniyyətin xəzinəsidi! Musiqinin, sözün, sənətin də xəzinəsidi! Görkəmlişəxsiyyətlərin, gözəl insanların xəzinəsidi!

Gəncə! Torpağı öpüləsibir şəhər! Çünki o torpağa bəşəriyyətin ən böyük mütəfəkkiri Şeyx Nizaminin ayağıdəyib. Ona görə də bərəkətdi başdan-ayağa. Hər daşı, torpağı da tarixdi.

Gəncə! Azərbaycanınmüqəddəs bayrağının ilk dəfə göylərə qaldırıldığışəhər! Azərbaycanın ilk paytaxtı!


Gəncə! Heç vaxt sönməyəcəkbir ocaq!

Və bu Gəncədə barmaqları ilə möcüzəyaradan bir oğlan. Dünyadakı bütün gözəlliklər və qəlbindəki bütün sevgilər ürəyindənsüzülüb gəlir barmaqlarına, o barmaqlar da tarın simlərinə, pərdələrinə toxunandaod olur və bizim qəlbimizi yandırır. Bizi bu dünyadan ayırır İlahi bir dünyaya aparır.

Gəncə! Və bu Gəncədəbir oğlan!

Məşhur «Göygöl» ansamblınınyaradıcısı. O ansambl ki, Gəncə bölgəsində və Gəncədənkənar bölgələrdə nə qədər istedadlar vardı tapıb üzə çıxarıb və Azərbaycan xalqınabəxş edib. Bu sətirləri yazanda bir anlıq Rövşən Behcətin, Şahnaz Haşımovanın səslərinieşitdim. Bulaq suyu kimi təmiz, gün işığı kimi nurlu səslərini.

Gəncə! Və bu şəhərdəbir oğlan!

Musiqi mədəniyyətimizininkişafında xüsusi xidmətləri olan bir oğlan! Öz şirin barmaqları ilə ürəyimizəsu çiləyən bir oğlan! Bəzən bir az şöhrətlənən kimi yerə-göyə sığmırıq. O nə qədərşöhrətlənir şöhrətlənsin, yerlə, göylə əlləşmədi. Ürəklərə sığmağa çalışdı və sığdıda. Qurban Pirimov kimi, Əhsən Dadaşov kimi, Əhməd Bakıxanov kimi, Sərvər İbrahimovkimi, Ramiz Quliyev kimi, Möhlət Müslümov kimi və Rəmiş kimi hər birimizin ürəyindəözünə bir yuva qurdu.

Gəncə! Və Gəncədə bir oğlan!

Saç ağarıb. Tarınsimlərilə, pərdələrilə öpüşən o barmaqların ağrısına saç dözərmi?! Elə o barmaqlarbizim saçımızı da ağardır və ağardıb.

Dədə Qorqudun dasaçını sazı və barmaqları ağartmışdı.

Gəncə! Və Gəncədəbir oğlan!

Bu günlərdəonun 70 yaşı tamam oldu. Tanrı bu sevdiyi oğlana nə lazımdı verib: yar-yaraşıq,ağ saçlar, istedad, saflıq, insanlara sevgi və insanların ona sevgisi! Bəs mən nəarzulayım?! Tanrı qəlbimizi oxşayan o barmaqlarına dəyməsin! Və bir də gözdən-nəzərdənsaxlasın!

Gəncə! Və Gəncədəbir oğlan var!

Bu oğlan Fikrət Verdiyevdi!

TƏQVİM / ARXİV