İYNƏ BOYU AYRILIQ

ƏBÜLFƏT MƏDƏTOĞLU
60760 | 2017-11-17 14:01

Özümün özümlə söhbətim


İnsan doğulduğu məkandan,özünə aid olan yuvadan bir iynə boyu məsafə də olsa uzaqlaşanda, aralı düşəndə qəribəhisslər yaşayır. Ürəyindən bir-birini dolaşmış, sarmaşıq kimi sarınmış fikirlər gəlib keçir… ağrılar, sevinclər boy göstərir. Vəbunların fonunda adam iki sualla, iki yolla, iki münasibətlə, iki fikirlə, iki yanaşmaylaqarşı-qarşıya dayanır. Birincisi, bu iynə boyu uzaq düşdüyüm yuvanın sənin ətəyindəntutub geri çəkməsidi, ondan qopa bilməməyindi.

İkincisi, qarşındakıyeni mənzərə, yeni ünvan, yeni yol, yeni dünya,yeni insanlar, yeni münasibətlər və bir sözlə, həyatına daxil olacaq bütün yeniliklərdi…Bax, bu iki məqam adamın ağlında da, ürəyində də, lap yata bilsə yuxusunda da, xəyal qura bilsəxəyalında da onu tək buraxmır. Özün-özünə min dəfə sual verirsən və özün-özünə verdiyinbu min sualın min bir cavabını bilə-bilə yenə qeyri-adi, nəsə fərqli cavab da gözləyirsən.Təbii ki, bu cavablar var. Və bu cavablar o yerdədi ki, orda səni gözləyirlər. Ordasəni qarşılayırlar, orda sənə qucaq açırlar, orda sənlə münasibət qururlar, ordasənə «xoş gəldin» deyirlər. Bax, bu saydıqlarımın içində min birinci cavabı görmək olur. Amma Kərəmionda ağlamaq tutur ki, bu dediklərimin heç biri həmin o sualı verənə aid edilmir.Yəni bir tanımadığın ünvana, bir boşluğa, bir bələd olmadığın dünyaya, bir anlayışınçatmayan məmləkətəmi, insanlaramı, daha nə bilim nələrəmi doğru gedəsən, qədəm qoyasan,daxil olasan. Və görəsən ki, sən burda sözüntam səmimi mənasında heç kimsən. Sənin varlığınla yoxluğun burda hiss olunmur… səninadın burda çəkilmir… sənin sözün burda deyilmir. Bax, onda o iynə boyu aralandığınyuva adamı elə çəkir, elə çəkir ki, sanki ən güclü maqnitdi… sanki varlığın, xüsusiləürəyin dünyanın bütün güclərini biləyinə yığmış bir varlığın ovcundadır, ondan qopmaqolmur…

Hə, mən bütün bunlarıyaşadığım üçün yazdım və bütün bunları bir də ona görə yazdım ki, ataların bir müdrikkəlamı var. O müdriklər deyiblər ki, «daş düşdüyü yerdə ağırdı!». Belə baxanda daşcansız, ruhsuz, dilsiz, ağızsız, hərəkətsiz, hissiyyatsız, bir sözlə, lap kobuddesəm, eləcə daşdı. Kimi onu divara hörür, kimi onu quşa atır, kimi onu yoldan kənaradiyirləyir. Amma ondan səs çıxmır. Qəribədir ki, səsi çıxmayan daş hara dəydisə,ordan səs çıxarır… nəyə toxundusa onu yaralayır… üst-üstə qoyuldusa divar olur- sərhəd divar, ev divarı… Deməli, o iynə boyu uzaq düşdüyün yuva səsini çıxarmadan adamı çəkir özünə və sənə xatırladırki, sən burda, mənim yanımda, mənim qoynumda daha güclüsən, daha gərəklisən, dahaarxalısan…

Hə, mən öz-özümə götür-qoy etdiyim sapa düzməyə, ilməyəçevirməyə çalışdığım duyğuların içərisində bir şeyidə anladım. Harda olmağımdan, hara getməyimdən asılıolmadan (yəqin elə bütün insanlar belədir – Ə.M.) içimdəkiləri özümlə aparıram.Heç nəyi geridə buraxıb gedə bilmirəm. illah da ki, Səni! Və o getdiyim yerdə bircəhəmsöhbətim olur, bircə güvəncim olur – o da könlümdəki Sənsən! Və mən də Sənə üz tutub nə danışsam, nə desəm sakitcədinləyirsən. Elə bil mənə şərait yaradırsan, meydan verirsən ki, mən qəribliyin,tənhalığın, içimi alt-üst edən fikirlərin caynağında boğulub məhv olmayım… ayaqdaqalım… dirəş göstərə bilim…olduğumu büruzə verim. Onda mən də tapdığım rahatlığımisralayıram.


Üz-gözümdən qəriblik

Yuxu kimi tökülür…

Dan yeri də gözümün-

Lap dibindən sökülür…


Pəncərədən dənizə

Düşən işığa baxıb…

Qarışıram dənizə-

İşıqla birgə axıb…


İçimdəki dünyanı

Dalğalara çırpıram…

Qərq olan mən-Sahildə

bəs o kimdi çırpınan?!


***

Bir yaxşı söz var. Əslində mənonu o qədər də yaxşı saymıram. Çünki onun bir damarında kin,nifrət yuva salmış olur. Amma neyləyim ki, hamıya qoşulub mən də o sözü yaxşı kimiqiymətləndirməyə məcburam. O söz də belədir ki, «heç nə yaddan çıxmır». Yəqin sizdə eşitmisiniz bu sözüvə yəqin ki, siz də, hardasa, nə vaxtsa təkrar etmisiniz bu sözü. Bəlkə də mənimlə razılaşmadınız. Yənimən demək istəyirəm ki, «heç nə yaddan çıxmır» fikri normal deyil. İnsan gərək hərşeyi yaddaşına yazmasın, hər şeyi ürəyinə yük eləməsin. Unutsun ona yük olacaq,ona problem yaradacaq nələrisə. Yadında saxlasın işığı, aydınları, aydınlıqları,ona yaşamaq stimulu verən nələri və kimləri. Məncə,bu daha doğru yanaşmadı. Ən azındanona görə ki, bu, sənə yaşamaq üçün əl uzadan, ümid verən, yol göstərən bir nəsnəolacaq. Deməli, için rahat, düşüncən aydın, addımların isə qətiyyətli… Bundangözəl nə ola bilər ki?!

İndidüşünəcəksiniz ki, bu dediklərimə, bu yazdıqlarıma mən özüm yüz faiz əməl edirəm,ya yox. Təbii ki, hə desəm inanmayacaqsınız,səmimisaymayacaqsınız.Yox desəm, onda güləcəksiniz və deyəcəksiniz ki, özün əməl etmədiyini bizə tövsiyə edirsən. Onagörə də tam səmimi olaraq gerçək bir cavab vermək istəyirəm. Demək istəyirəm ki, mənim üçün"heç nə yaddan çıxmırfikri "hər şey yaddan çıxırfikriylə bir tərəzidə tarazlıq yaradıblar. Və mən də otarazlığın tən ortasında dayanıb heç birinə üstünlük verməməyə çalışıram. Bilirəmki, unutduqlarım və yaxud unutmadıqlarım hər an qarşıma çıxa bilər, hər an təkrarlanabilər. Mən də bax elə hər an «hazır ol!» fikrinə istinad edərək özümü taraz saxlayıram.Yenə deyirəm, bu tarazlıq da sizin verəcəyiniz, sizin deyəcəyiniz fikirlərinyükü altında özünü ayaqda tutur. İnşallah,dözüb durar da. Və heç vaxt həyatıma, yaddaşımaqaranlıq kimi çökənlərin özünü, sözünü və əməlini mənə güc gəlməyə, məni öz durumunaçəkməyə imkan verməz. Axı, aydınlar, işıqlar daha güclü olurlar.

Bax,indinin özündə də düşünürəm ki, görəsən bu qaranlıqlar, o bəd əməllər, bəd fikirlər nədən qaynaqlanırvə ümumiyyətlə,niyəinsan buna zaman ayırır, ömür xərcləyir? Amma neyləyim ki, öz verdiyim sualın cavabınıtam şəkildə anlaya bilmirəm. Bu sual özü-özündə yüzlərlə sualınbirləşməsi olduğundan cavabı da pərən-pərəndi. Sadəcə, bildiyim odur ki, mən qədərimi,alın yazımı, Tanrı payımı özümə hamıdan və hər kəsdən yaxın bildim. Onlardan yapışdım,onlara söykəndim və yazdım:


Saxlayanımbeş əlli

Qədərdi,qədər mənim…

Ürəyimətəsəlli-

Kədərdi,kədər mənim…


Buludtək çökməyin də

Gözyumub tökməyin də…

Dərdimiçəkməyin də-

Hədərdi,hədər mənim…


Hərgün artır göynəyim

Soruşmuramneyləyim?!

Haqqımyoxdu söyləyim-

Nədərmə, nə dər! – mənim…


İndiyəqin ki, hiss etdiniz, mövzunun hansı səmtə istiqamətləndiyini. Əgər hiss etdinizsə,onda daha ürəklə davam etdirəcəm. Yəni biləcəmki, anlaşırıq. Bir-birimizi sayğıyla, sevgiylə qarşılayır, elə o cür də yola salırıq.Və bir də onu biləcəm ki, bütün suallar nəqədər həyatdan, hadisələrdən, zamandan, düşüncədən qaynaqlansa da, elə bütün cavablarda həmin o saydıqlarımdan doğub törəyir. Yəni sualın göyərdiyi yerdə cavab da göyərir.Ona görə də dağda, daşda sual və yaxud cavab axtarmaq heç də normal sayıla bilməz.Məsələn, sən bütün halımı, əhvalımı, durumumu bilə-bilə sual verirsən, maraq göstərirsən.Və mən də onda sənə cavab verməli oluram və deyirəm ki:


Cavabınıbildiyin

Sualısoruşursan…

İçində sənolduğum-

Buhalı soruşursan…


Sankiheç nə baş vermir

Sındıranvar, nə sınan…

Mənheç, özün içində

Göynəyəneşqə inan!..


Tökülənyarpaq kimi

Ələnirömrün, günün…

Qırılanümid simi-

Səsləndirirbu ünü…


Yerdə, göy də sürüşüb

Tamboşluqda qalmışam…

Ürəkelə bürüşüb-

Sankioda salmışam…


…Cavabını bildiyin

Sualısoruşursan…

İçindəsənolduğun-

Buhalı soruşursan…


***

Nəqədər istəyirəm, nə qədər cəhd göstərirəm və nə qədər də gücümü toparlayıb köklənməkistəyirəm, amma sarı sim imkan vermir. Tutubyaxamdan, asılıbürəyimdən, oturub ağlımın içində elə öz dediyinideyir, öz istəklərini göyərtməyə çalışır. Belə olan halda bir çıxış yolu tapmaq,bir işıq ucundan yapışmaq mənə hava və su kimi gərək olur. Amma neyləyim ki, buhavanı, bu suyu qan bahasına, can bahasına almaq istəyimi də etinasızlıqla qarşılayıbəli ətəyindən uzun yola salırsan. Elə bil bütün baş verənlərin,bütün olmuşların günahı məndədi… elə bil bütün problemlər məndən başlayır… elə bilbütün yoxluqlar mənim içimdədi… elə bil bütün kədərlər mənim ürəyimdən qaynaq alır…və elə bil mənim özüm də o saydıqlarım «elə billərin» içərisində elə beləyəm, sənin miyanə bildiyin elə-belə.Amma inandırmaq istəyirəm, özüdə and içmədən, ortaya müqəddəsləri, müqəddəslikləri gətirmədən. Sadəcə,inandırmaq istəyirəm ki, hər yerdə, hər anda içimdə olan, yanımda olan Sən mənimyükümü çəkməyə məcbur deyilsən… mənə təsəlli verməyə borclanmamısan… mənə dayaqolmağı boynuna götürməmisən. Sadəcə olaraq mən səndən yapışmışam, sənə güvənmişəmvə demişəm ki:


A bəxtəvər, qibləmsən

Bil ki, yönüm sənədi…

Söyləyim ki, biləsən–

Ruham! - dönüm sənədi…


Gözüm bulaq-axar

Axıb nurun apardı…

Ürəyim yol ağardır-

Səndə neçə sənədi?!


Sinəmdə göyərən«ah»

Gunah edirsən günah…

Tanrıdan gəlib nigah-

Al, götür bu sənədi!


Yəqin ki, bu misralarözü-özlüyündə şeirdən öncə dediklərimi təsdiq edir. Əgər edə bilmirsə, onda yazıqlarolsun bu misralara. Deməli, özümü, sözümü misralaya bilmədim, çatdıra bilmədim.Günah məndə qaldı. Amma ruhunuoxşadısa, üzünə azacıq da olsa təbəssüm gətirdisə, onda… Onda qalanını özün deyərsən.Mən isə bu yazının ovqatını yaşadığım iynə boyu uzaqlığın ovqatıyla qarışdırmadandemək istəyirəm ki, həqiqətən ürək o zamanrahat və hüzurlu olur ki, onu duyurlar,onu dəyərləndirirlər, onundöyüntüsünə səs verirlər.

Mən bütün bunlarıürəyimlə söhbət kimi özümə ünvanlayıb, özümə pıçıldayıb sonra da bilgisayara köçürdüm.Bilmirəm düz etdim, yoxsa yox. Amma ona əminəm ki, bu sözlər beş-on adamın könlünəyəqin ki, yol tapacaq və o beş-on adam bir neçə saniyəlik də olsa, mənim yaşantılarımı,mənim duyğularımı yaşayacaq və qiymətləndirəcək. Sən isə… Sən isə elə mənim düşündüyümsən.Deməli, Sənə başqa nəsə deməyəgərək yox!

TƏQVİM / ARXİV