adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Noyabr 2017 13:41
10658
GÜNDƏM
A- A+

Prokurorluq orqanlarına əlavə səlahiyyət verildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Adalet.az-ın xəbərinə görə, layihəyə əsasən, Azərbaycanda prokurorluq orqanlarına əlavə səlahiyyət verilir.

Məcəllənin 54-cü (İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarəti) maddəsinə 538-1.4 (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən uyğunluğu qiymətləndirən qurumun akkreditasiyasından əsassız imtina olunmasına görə vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir) və 538-1.6 (Müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya tələblərinə cavab verən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya sahəsinin məhdudlaşdırılmasına və ya akkreditasiya attestatının ləğvinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində cərimə edilir) maddələri əlavə olunur.

Təklif olunan dəyişiklik qeyd olunan maddələr nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılması haqqında qərarın da qəbul edilməsini prokurorun səlahiyyətinə aid edilməsini nəzərdə tutur. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.