adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Noyabr 2017 13:26
13457
DÜNYA
A- A+

İtaliya mafiyasının ən qanlı lideri öldü

İtaliyanın "Koza Nostra” mafiyasının qanlı lideri Toto Riina ömürlük həbs cəzası çəkdiyi Parma şəhərindəki həbsxanada 87 yaşında ölüb.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, son günlər mafiya lideri komada olub.

Amansızlığına görə, "Yırtıcı” ləqəbi alan Riina ilə sağollaşmaq üçün İtaliya daxili işlər nazirinin göstərişi ilə onun həyat yoldaşı, 2 qızı və kiçik oğlu Salvatoreyə icazə verilib.

Totot Riinanın göstərişi ilə İtaliyada 100-dən artıq insan öldürülüb.