adalet.az header logo
  • Bakı 18°C
17 Noyabr 2017 11:23
9705
İDMAN
A- A+

Sabiq futbolçu həbs olundu - FETÖ-yə görə

Türkiyədə davam etdirilən FETÖ əməliyyatı nəticəsində sabiq futbolçu Zafer Biryol həbs olunub.

Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, İstanbul Prokurorluğu tərəfindən saxlanılıb.

Həbsin detalları barədə məlumat verilmir.

Qeyd edək ki, Türkiyə millisinin heyətində 7 oyun keçirib 1 qol vuran Zafer Biryol karyerası ərzində "Fənərbaxça” və "Bursaspor” kimi klubların formasını geyinib. O, 2003/2004 mövümündə "Konyaspor”un heyətində vurduğu 25 qolla Türkiyə Super Liqasının bombardiri olub.