adalet.az header logo
  • Bakı 16°C
16 Noyabr 2017 18:03
14957
MƏMLƏKƏT
A- A+

Xırdalanda 23 bina təmir olunacaq

Prezident İlham Əliyev noyabrın 16-da "Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Adalet.az xəbər verir ki, Sərəncama əsasən, Xırdalan şəhərində 23 çoxmənzilli binanın əsaslı təmiri işlərinə başlanılması üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.