adalet.az header logo
  • Bakı 7°C
16 Noyabr 2017 14:53
29058
MƏMLƏKƏT
A- A+

“Gənc Bələdçi” Məktəbi başa çatdı

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, "İRƏLİ” İctimai Birliyinin təşkilati dəstəyi ilə AzGF-nun 10-cu qrant müsabiqəsinin qalibi Səmayə İbrahimovanın rəhbəri olduğu "Gənc Bələdçi” məktəbi başa çatıb.

Bələdçilik fəaliyyəti ilə məşğul olan gənclərin bu sahədə bacarıqlarının artırılması, onların məşğulluluğunu təmin etmək, region gənclərinin bu fəaliyyətə sövq edilməsi, ixtisaslı kadrlarla müxtəlif rayonlarda region gənclərinin görüşünü təşkil etmək, ekoloji düşüncənin artırılması, sağlam həyat tərzinin aşılanması layihənin əsas məqsədlərindən idi. Həmçinin layihədə macəra turizminin və eko-turizmin inkişaf etdirilməsində gənclərin rolunun artırılması, bu sahədə çalışan, marağı olan gənclərdən ibarət şəbəkə yaratmaq və onları maarifləndirmək də əsas götürülüb.

Layihə çərçivəsində Azərbaycanda ekoturizm, dağ turizmi, macəra turizmi, kənd turizminin inkişaf etdirilməsinə dəstək, həmçinin regionlarda fəaliyyət göstərən həvəsli bələdçilərin kəşf edilməsi istiqamətlərində təlimlər həyata keçirilib. Nəzəri və maarifləndirici sessiyalarla yanaşı "Şeyx Şamil” qalasına, "Ramramay” şəlaləsinə yürüş baş tutub.

"Bələdçinin sirri” intellektual oyunu, həmçinin komanda oyunları, iplə eniş, körpüdən enmə kimi fəalliyyətlər də layihə çərçivəsində yer alıb.