adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Noyabr 2017 17:25
21012
ELM VƏ TƏHSİL
A- A+

ADU-da Baba Vəziroğlu ilə görüş keçirilib

Noyabrın 16-da Azərbaycan Dillər Universitetində (ADU) Auditoriya+ proqramı çərçivəsində Əməkdar incəsənət xadimi, görkəmli şair Baba Vəziroğlu ilə "Gənclik və şeir” mövzusuna həsr olunmuş görüş keçirilib.

Baba Vəziroğlu məşhur şeirlərini tələbələr üçün səsləndirib, yaradıcılığı ilə bağlı xoş xatirələrini bölüşüb.

ADU tələbələri Baba Vəziroğlunun şeirlərinə bəstələnmiş mahnıları ifa edib, şeirlərini səsləndiriblər.

Görüşdən məmnunluğunu bildirən Baba Vəziroğlu gəncləri maraqlandıran sualları cavablandırıb.

ADU-nun rektorunun məsləhətçisi Anar Osmanlı çıxışında nəğməkar şair Baba Vəziroğlunun yaradıcılığının Azərbaycan poeziyası üçün əhəmiyyətindən danışıb.

Sonda ADU tələbələri adından şairə xatirə hədiyyəsi təqdim edilib.