Qan,
gərginlik, metafikiz hadisələr, qatillər və daha nələr nələr... Qorxu filmi
izləmək bir yandan xoş, digər yandan həyəcan hissi yaradan bir vəziyyətdir. Bəs
yaxşı qorxu filmi izləyərlərkən vücudumuzda nələr olduğunu bilirsinizmi?
Qorxu filmi
izlərkən davamlı qorxu və gərginlik halında olmağın bədənə olan təsirləri
araşdırıldı.
Araşdırmalara
əsasən qorxu filmi izlədiyimiz
zamanı bədəndəki qan axışı sürətlənir, ürəyə daha çox qan vurulur, beləcə bədəndə
adrenalin artır. Qısa davamlı stress anlarında, yəni qorxu filmi izlərkən
qorxduğumuz anlarda artan bu ani adrenalin səviyyəsi iştahı kəsir, əsas metabolik
prosesləri artırır. Qısacası bədənimizdə inkişaf edən bu bütün hadisələr əsnasında
ciddi kalori itirilməsi reallaşır.
20-26 yaş aralığında 32 sağlam fərd üzərində
aparılan təcrübələr göstərir ki, "Texas Katliamı” filmindən sonra insanların bədəninə
daxil olan mikroblar ağ qan hüceyrələri tərəfindən hücuma məruz qalıblar.
Qorxu filmini
izləyən adamın vücudunun müdafiə vəziyyətində olduğu ifadə edildi.
Digər tərəfdən, ən məşhur qorxu filmlərindən biri
olan "The Shining” izləyərkən yandıracağamız kalori sayı tam 184-dür. İşin
maraqlı yanı bu qədər kalori yandırmaq üçün edilməsi lazım olan vaxt normalda
30 dəqiqəlik bir müddətdir. Bu araşdırmayla da, doxsan dəqiqə boyunca
oturduğunuz yerdə film izləyərək kalori yandırmağımızın mümkün olduğu sübut
edildi.
"Dənizin
dişləri” filmini izləyən adamlar isə 161 kalori yandırdı. Əlbəttə zəifləmək
üçün təsirli olmasa da qorxu filmlərinin müdafiə halındakı vücuda kalori
yandırdığı ortaya çıxdı.
Qorxacağımızı bilə-bilə qorxu filmlərini izləyirik.
Elm düşünür ki, bunun səbəbi beynin ssenariləri sınaqdan keçirmə istəyidir.
Müasir həyatımızda ilan və iri hörümçək görmək
ehtimalımız çox azdır, lakin bu canlılar vaxtilə insanların ən böyük düşmənləri
idilər. Hələ də bir çox insan bu canlıları heç görmədiyi halda belə qorxur.
Bugün avtomobil qəzalarından ölən insan sayı çox olsa da maşınlardan qorxmaq əvəzinə
ilanlardan daha çox qorxuruq. Bunun səbəbi, təkamülün tam olaraq
tamamlanmamasındadır. Bəlkə də 5000 il sonra bəşəriyyət ilanlardan qorxmayacaq!
Digər bir araşdırmaya görə
isə, qorxu filmi seyr etdikdən sonra qorxularının da dəyişdiyi müəyyən edildi.
Kiçik yaşda qorxu filmi
izləmənin ciddi problemlərə səbəb ola biləcəyi də edilən bir araşdırmayla
təsbit edildi.
Qorxu filmləri haqqında mütəxəssislər isə
beyə deyirlər: Əgər yaşınız və sağlamlığınızla bağlı bir probleminiz yoxdursa,
qorxu filmlərini izləmək zərərli deyil.