adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Noyabr 2017 13:14
14941
MƏMLƏKƏT
A- A+

Sabahın hava PROQNOZU

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən məlumata görə, sabahBakıda və Abşeron yarımadasındahava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gün ərzində yarımadanın bəzi yerlərində arabir çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-12° isti, gündüz 15-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarındagözlənilən hava şəraiti gün ərzində arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-18° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacağı gözlənilir.


Tibbi-meteoroloji proqnoz

Noyabrın 19-dək Abşeron yarımadasında mülayim hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.