adalet.az header logo
  • Bakı 18°C
16 Noyabr 2017 11:02
12838
GÜNDƏM
A- A+

Özbəkistanın müdafiə naziri Azərbaycana gəldi

Özbəkistan Respublikasının müdafiə naziri general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Bu haqda Adalet.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində Özbəkistanın müdafiə nazirinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hərbi, hərbi-texniki əməkdaşlıq, hərbi təhsil və bir sıra digər istiqamətlərdə görüşlərinin keçirilməsi nəzərdə tutulub.