adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
17 Noyabr 2017 00:09
23055
GÜNDƏM
A- A+

YENİ TARİXİ YAZILAN QƏDİM ELLƏR

İl sona doğrudur. Ay yarımdan sonra 2017-ci il başa çataraq yerini ölkəmiz üçün daha əlamətdar olan 2018-ci ilə təhvil verəcək. Bu mənada 2017-ci ildən ötən müddətin özü də diqqət çəkir, düşündürür, görülən işlərin miqyası ilə fərəh hissi oyadır.
Bu il ölkəmizdə indiyədək yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı mühüm layihələr uğurla icra olunmuş, ilin əvvəlində 100-ə yaxın məktəb, 27 tibb ocağı tikilmiş, təmir edilmişdir. Müddət ərzində 175 mini daimi olmaqla 230 min yeni iş yerləri yaradılmışdır.
Bəli, bizim tanıdığımız, uğurlarına sevindiyimiz Qobustan rayonu da ötən illərdəki kimi inkişafda olmuş, yeni nailiyyətlər əldə etmişdir. Bu rayon dövlətimizin, ölkə rəhbərliyinin daimi diqqət mərkəzindədir. Rayon əhalisi bunu çox gözəl başa düşür və qiymətləndirir, cənab prezidentə daim minnətdar olduğunu bildirir.
Qobustan Rayon İcra Hakimiyyətinin başçısı, təcrübəli dövlət məmuru Adil Məmmədovla söhbətimiz zamanı da dövlət başçımızın bölgəyə xüsusi qayğı və diqqəti bir daha vurğulandı. A.Məmmədov dedi:
- Bildiyiniz kimi cənab Prezident 2 oktyabr 2017-ci il tarixdə rayonumuzda olaraq görülmüş işlərlə bir daha yerində tanış olmuş, şəhərdə inşa edilmiş 100 yerlik uşaq bağçasının, Təklə-Sündü-Xilmilli yolunun, 4 zolağa genişləndirilmiş Bakı-Şamaxı yolunun Cəngi-Bədəlli hissəsinin açılışını etmiş, şəhərimiz üçün həyati əhəmiyyət kəsb edən su layihəsinin başa çatdırılması ilə əlaqədar Sukanal İdarəsinin yeni inzibati binasında ictimaiyyət nümayəndələri ilə görüşmüşdür. Cənab Prezident bu görüşdə rayon xəstəxanasının tikintisi ilə əlaqədar olaraq bildirmişdir ki, burada işlər yavaş gedir, sürətləndirilməlidir. Cənab Prezidentin səfərdən sonra imzaladığı Sərəncama əsasən Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qobustan Rayon İcra Hakimiyyətinə 3,0 milyon manat ayrılmışdır. Möhtərəm Prezidentimizin özünün də qeyd etdiyi kimi bu səfər Ölkə Baçısının Qobustan rayonuna 4-cü səfəri idi. Cənab Prezidentin hər bir səfəri Respublikamızın hər yerində olduğu kimi Qobustan rayonunda da əhalinin sosial problemlərinin həlli, rifah halının yaxşılaşması və ümumiyyətlə rayonumuzun inkişafına çox mühüm bir təkan verir. Məhz cənab Prezidentimizin təşəbbüsü nəticəsində vaxtilə kiçik bir qəsəbə və kənddən ibarət olan, sosial infrastruktur və abadlıq baxımından demək olar ki, heç bir inkişafı olmayan 2 yaşayış məntəqəsi birləşdirilərək müasir Qobustan şəhəri yaradılmış və qısa müddətdə burada görülən işlər bizə deməyə əsas verir ki, yaxın gələcəkdə Qobustan şəhəri respublikamızın ən abad, gözəl bir şəhərinə çevriləcəkdir. Qobustan rayonunda inkişaf yalnız Qobustan şəhəri ilə məhdudlaşmır, bizim kəndlərimizin bir çoxunda artıq, içməli su, yol, məktəb, rabitə, elektrik enerjisi ilə təminat məsələləri öz müsbət həllini tapmışdır. Rayonumuza göstərdiyi bu yüksək diqqət və qayğıya görə möhtərəm Prezidentimizə rayon ictimaiyyəti həmişə minnətdar olduğunu bildirir, ona can sağlığı və respublikanın daha yüksək inkişafı yolunda apardığı işlərdə böyük uğurlar arzulayır...
Qobustan rayonunda 2017-ci ilin əvvəlindən indiyədək görülən işlərə nəzər yetirdikdə məlum olur ki, ilkin hesablamalara əsasən ümumi məhsul buraxılışı ötən ilin müvafiq dövrünə nisbətən 26,6% artaraq 123 milyon 962 min 800 manat olmuşdur. O cümlədən, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 35,6 %, tikinti iş və xidmətlərinin cəmi 2,1 dəfə, nəqliyyatda 3,2 %, sənaye məhsulunun həcmi 8,7 % artmışdır.
Baxılan dövrdə əsas kapitala yönəlmiş investisiyalar 87,8 %, o cümlədən tikinti quraşdırma işlərinin dəyəri 2,0 dəfə artmışdır. Bu ilin 9 ayında muzdla işləyənlərin orta aylıq əmək haqqı 11,0 % artmışdır.
Rayonun yerli gəlirləri üzrə mədaxil planı 2 milyon 17 min 600 manata qarşı 2 milyon 115 min 100 manat icra olunaraq 104,8 faiz yerinə yetirilmişdir. Fiziki şəxslərin əmək haqlarından gəlir vergisi 110,4 faiz icra edilmişdir. Hüquqi şəxslərin mənfəət vergisi 1,4 dəfə, hüquqi şəxslərin torpaq vergisi 2,6 dəfə, hüquqi şəxslərdən əmlak vergisi 7,9 dəfə, dövlət rüsumu üzrə proqnoz göstəricisi isə 2,1 dəfə artıqlaması ilə icra edilmişdir.
Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təminatının yaxşılaşdırılması istiqamətində də bir sıra mühüm işlər görülmüşdür:
35 kV-luq hava xətlərində 13 ədəd metal dayaq və 15 ədəd izolyator, 10 kV-luq hava xətlərində isə 143 ədəd metal, 61 ədəd ağac dayaq,12780 metr naqil və 346 ədəd izolyator istifadə edilməklə təmir işləri aparılmışdır.
Qobustan şəhərində və Poladlı kəndində 300 ədəd SİP dayaq quraşdırılmış, 7355 metr kabel çəkilmiş ümumilikdə 250-dən artıq abonentin elektrik enerjisi ilə təminatı yaxşılaşdırılmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, on illərdir hər an insanlar üçün təhlükəli olan 9 çoxmənzilli yaşayış binasında da elektrik xətləri evlərdən kənara çıxarılaraq SİP-ləşdirilmişdir.
2017-ci ilin doqquz ayında rayon üzrə ümumi yığım faizi 89,85 faiz olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16,6 faiz çoxdur. Əhali istehlakçıları üzrə yığım ötən ilin müvafiq dövrünə nisbətən 21,69 faiz artmışdır.
Ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində rayonda ev təsərrüfatlarının 80 faizindən çoxu, əhali üzrə isə 93 faizi təbii qazla təmin olunmuşdur. Əhali tərəfindən istehlak olunmuş təbii qazın dəyərinin ödənilməsində artıq ciddi intizam yaranmışdır. Bu ilin doqquz ayında rayon üzrə istehlak olunmuş təbii qazın dəyəri əhali üzrə 98,6 faiz ödənilmiş, ümumi itki 1,7 faiz olmuşdur.
Əhalinin içməli su təminatı istiqamətində işlər davam etdirilir. Cənab Prezident Qobustan şəhərinə su xəttinin çəkilişinin başa çatdırılmasını rəsmən qeyd etmişdir. Artıq şəhərdə hər bir evdə 24 saat içməli su təminatı vardır ki, bu da çox böyük nəticədir.
Vaxtilə Qobustanda demək olar ki, heç bir kənddə içməli su şəbəkəsi olmadığı halda hazırda rayon sakinlərinin 35 faizindən çoxu öz evlərində birbaşa içməli sudan istifadə edirlər. Növbəti illərdə digər kəndlərdə də ildə içməli su xətti şəbəkəsinin qurulması üçün tədbirlər görülür.
Əhalinin sosial müdafiəsi məsələləri diqqət mərkəzində olmuşdur. Rayon İcra hakimiyyəti tərəfindən doqquz ayda əlamətdar bayram günlərində 500-dən artıq aztəminatlı ailəyə bayram sovqatı verilmişdir. Nabur kəndində 4 yataq əlili olan Kərimovlar ailəsi üçün 3 mənzilli yaşayış evinin tikintisi başa çatdırılmış, son tamamlama işləri aparılır.

(ardı gələn sayımızda)