adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Noyabr 2017 16:30
14447
İDMAN
A- A+

Aqueronun ürəyi getdi

Argentina millisinin futbolçusu Serxio Aqueronun səhhətində problem yaranıb.

Adalet.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, onun Krasnodarda Nigeriya ilə yoxlama oyununun fasiləsi zamanı paltardəyişmə otağında ürəyi gedib. 29 yaşlı hücumçu dərhal xəstəxanaya yerləşdirilib. Aqueronun arterial təzyiqinin kəskin düşməsi nəticəsində ürəyinin getdiyi bilirilib. Xəstəxanada müalicədən sonra o, millinin yerləşdiyi otelə qayıdıb.

Qeyd edək ki, S.Aquero Nigeriyaya 2:4 hesabı ilə uduzduqları oyunun 36-cı dəqiqəsində komandasının ikinci qolunu vurub.