adalet.az header logo
  • Bakı 18°C
15 Noyabr 2017 15:46
13209
İDMAN
A- A+

Daha bir ölkə dünya çempionatında

DÇ-2018-in final mərhələsinə vəsiqə qazanan daha bir komanda müəyyənləşib.

Adalet.az-ın məlumatına görə, qitələrarası pley-off mərhələsində Avstraliya və Honduras üz-üzə gəlib.

İlk görüşü qolsuz başa çata komandaların cavab matçında Avstraliya 3:1 hesablı qələbə qazanaraq mundiala vəsiqəni təmin edib. Bu, Rusiyada keçiriləcək dünya çempionatına qazanılan 31-ci vəsiqədir.


DÇ-2018-ə vəsiqəni təmin edən 31 komanda

Rusiya (təşkilatçı ölkə), Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka, Braziliya, Kolumbiya, Uruqvay, Argentina, İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı,Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunis, Meksika, Kosta-Rika, Panama, Avstraliya.