adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Noyabr 2017 15:34
14383
MƏMLƏKƏT
A- A+

Yeni telekanalda 24 saat xəbər yayımlanacaq

"Yeni xəbər televiziyası hər hansı televiziyanın nəznində yaradılmayacaq. Özəl televiziyanın açılması ilə bağlı müsabiqə elan edilib və söhbət özəl yayımçılardan gedir”.

Bu barədə AzVision.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

MTRŞ rəsmisi qeyd edib ki, ixtisaslaşdırılmış xəbər televiziyasının açılması ilə bağlı ilkin olaraq araşdırma aparılıb və daha sonra bu barədə qərar qəbul edilib.

"Respublikamızda ixtisaslaşmış 3 kanal var: mədəniyyət və iki idman kanalı. İxitasaslaşmış kanalın açılması iqtisadi, hərbi gücü, dinamik inkişafı olan dövlətlərdə mümkündür. Bu, iqtisadi ilin göstəricisidir. Məqsəd yeni telekanalda yalnız xəbər informasiyalarının yayımlanmasıdır və kanal 24 saat fəaliyyət göstərəcək”.

T.Məmmədov vurğulayıb ki, yeni telekanalda informasiyalar yalnız Azərbaycan dilində yayımlanacaq.

Telekanalın adına gəlincə, MTRŞ rəsmisi bildirib ki, keçirilən müsabiqədə qalib olan iddiaçının təklif etdiyi ad və emblem qəbul ediləcək.

Qeyd edək ki, ötən gün Milli Telelviziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. İclasda xəbər televiziya kanalının yaradılması barədə müzakirələr aparılıb və ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə Bakı və Abşеrоn ərazisində 31-ci tеzlik rеsursuna 16 noyabr 2017-ci il tarixdən 16 dekabr 2017-ci il tarixədək müsabiqə elan edilib.