adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Noyabr 2017 14:29
12652
MƏMLƏKƏT
A- A+

Səyyar ASAN xidmət Neftçala şəhəri və Pirəkəşkül qəsəbəsində

Səyyar ASAN xidmət 15 noyabr-4 dekabr tarixlərində Neftçala şəhərində və 16 noyabr-5 dekabr tarixlərində Qobustanın Pirəkəşkül qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

ASAN-dan verilən məlumata görə, bundan başqa, səyyar avtobuslar 27 oktyabr-25 noyabr Yevlax və Biləsuvar şəhərlərində, 30 oktyabr-28 noyabr Salyan şəhərində, 10-24 noyabr Qax şəhəri və Qaradağ rayonunun Ələt qəsəbəsində, 10 noyabr-9 dekabr Şəmkir şəhərində vətəndaşların xidmətində olacaqlar.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.