Kim güclüdür?
"GlobalFirepower"dan aldığımız məlumata görə, 2017-ci ilin ordularının gücünə görə sıralama aşağıdakılardı:
1. ABŞ
2. Rusiya
3. Çin
4. Hindistan
5. Fransa
6. Birləşmiş Krallıq
7. Yaponiya
8. Türkiyə
9. Almaniya
10. Misir
11. İtaliya
12. Cənubi Koreya
13. Pakistan
14. İndonezyia
15. İsrail
16. Vyetnam
17. Braziliya
18. Tayvan
19. Polşa
20. Tayland
21. İran
22. Avstraliya
23. Şimali Koreya
24. Səudiyyə Ərəbistanı
25. Əlcəzair
26. Kanada
27. İspaniya
28. Yunanıstan
29. İsveç
30. Ukrayna
31. Myanmar
32. Çexiya
33. Malayziya
34. Meksika
35. Argentina
36. Norveç
37. İsveçrə
38. Niderland
39. Peru
40. Kolumbiya
41. Efiopiya
42. Rumıniya
43. Nigeriya
44. Suriya
45. Venesuela
46. Cənubi Afrika
47. Çili
48. Özbəkistan
49. Belarusiya
50. Filippin
51. Anqola
52. Danimarka
53. Avstriya
54. Mərakəş
55. Qazaxıstan
56. Finlandiya
57. Banqladeş
58. Azərbaycan
59. İraq
60. Birləşmiş Ərəb Əmirlikləri
61. Boliviya
62. Portuqaliya
63. Macarıstan
64. Yəmən
65. Sinqapur
66. Belgiya
67. Bolqarıstan
68. Xorvatiya
69. Əfqanıstan
70. Ekvador
71. Sudan
72. İordaniya
73. Liviya
74. Slovakiya
75. Kuba
76. Demokratik Konqo Respublikası
77. Kenya
78. Tunis
79. Oman
80. Küveyt
81. Zimbabve
82. Gürcüstan
83. Serbiya
84. Şri Lanka
85. Zamibiya
86. Türkmənistan
87. Monqolustan
88. Çad
89. Kamboca
90. Albaniya
91. Qətər
92. Uqanda
93. Ermənistan
94. Bəhreyn
95. Litva
96. Tanzaniya
97. Nepal
98. Livan
99. Cənubi Sudan
100. Qvatemala
101. Qana
102. Yeni Zellandiya
103. Latviya
104. Uruqvay
105. Paraqvay
106. Honduras
107. Botsvana
108. Qırğızıstan
109. Mozambik
110. Estoniya
111. Kamerun
112. Tacikistan
113. Sloveniya
114. Niger
115. Nikaraqua
116. İvori
117. Mali
118. Konqo
119. Madaqaskar
120. Qabon
121. Bosniya və Hersoqovina
122. Makedoniya
123. Dominikan Respublikası
124. Laos
125. El Salvador
126. Panama
127. Namibiya
128. Somali
129. Mərkəzi Afrika Respublikası
130. Mavritaniya
131. Sierra Leon
132. Surinam
133. Butan
Lakin bu sıralamada bəzi yanlışlıqlar diqqətimizi cəlb etdi. Təbii ki, bu sıralama təcrübəli mütəxəssislər tərəfindən aparılsa da, bir neçə məntiqi səhvlərə yol verilmişdir. Misal üçün, statistikaya diqqət yetirsək, Misir 10-cu yerdə, amma İsrail 15-ci yerdədir. Tarixə diqqət yetirsək, 1947-ci ilin noyabrından 1949-cu ilin iyul ayınadək davam etmiş İsrailin müstəqillik uğrunda müharibəsində, 1956-cı ilin oktyabrında Suez krizisində, 1967-ci ilin iyunundakı 6 günlük müharibədə, 1967-1970-ci illərdəki "tükəndirici" müharibədə, 1973-cü ilin oktyabrındakı Yom Kippur müharibəsində İsrail dəfələrlə Misirə qalib gəlmişdir. Məntiqlə fikirləşsək, İsrailə bu qədər uduzan Misir dövləti bu statistikada nə cür ondan güclü ola bilər?
Digər bir dövlət, 1990-cı illərin ən ağır müharibəsi sayılan Yuqoslaviya müharibəsində ABŞ, NATO və digər güclü dövlətlərə qarşı savaşmış Serbiya dövləti dörd tərəfinin düşmənlə əhatə olunmasına, Kosovanı itirməsinə və iqtisadiyyatına yüz milyard dollar ziyan dəyməsinə baxmayaraq, Serbiya öz suverenliyini qoruya bildi.
Son illərdə Serbiya öz iqtisadiyyatını kütləvi silah və digər hərbi texnikaları istehsalı ilə bərpa edir. Lakin bu statistikada Serbiya 83-cü yerdə yerləşdirilib. Heç bir hərbi istehsalı olmayan, hətta bəziləri 3-cü dünya ölkəsi olan - Kenya, Konqo Demokratik Respublikası, Kuba, Liviya, Əfqanıstan, Yəmən, Banqladeş, Anqola, Özbəkistan, Zimbabve və s. kimi dövlətlər nə cür Serbiyadan güclü ola bilər? Buna misal, tankı belə olmayan, amma 90-cı yerdə yerləşmiş Albaniya İsrailə qarşı vuruşmuş Livandan və Sudana qarşı 21 il vuruşub azadlıq əldə etmiş Cənubi Sudandan nə cür güclü ola bilər?
Top onluqda yer alan Fransa və Britaniyada tərsinədir. 5-ci yerdə yer alan Fransa 6-cı yerdə olan Britaniyaya qarşı tarix boyu uduzmuşdur. Hətta II Dünya müharibəsində almanlara dərhal təslim olan Fransa bu müharibədə vuruşmuş və aparıcı rola malik olmuş Britaniyadan nə cür güclü ola bilər?
Gördüyünüz kimi, bu statistikada yanlışlıqlar çoxdur. Az da olsa tarixdən məlumatlı olanlar buna asanlıqla diqqət yetirə bilər.