adalet.az header logo
  • Bakı 7°C
15 Noyabr 2017 12:59
971767
MƏMLƏKƏT
A- A+

Bərdə rayonu pambıq tədarükündə yenə liderdir

Bərdə rayonu pambıq tədarükünə liderlik edir. Rayon pambıqçıları ötən gün qəbul məntəqələrinə 305,37 ton pambıq təhvil veriblər.

Bu barədə Adalet.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, ötən gün ölkə üzrə pambıq qəbulu məntəqələrinə 1738,52 ton pambıq təhvil verilib.

Komitədən bildirilib ki, respublika üzrə bu günə qədər 176 min 940,03 ton pambıq tədarük edilib.