adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Noyabr 2017 12:32
11929
GÜNDƏM
A- A+

Azərbaycanda ibadət yerləri sünni-şiə məscidlərinə ayrılır? - CAVAB

Azərbaycan məscidlərinin hamısı bütün müsəlmanların ibadəti üçündür. Onlar sünni və şiə məscidlərinə ayrılmır.

Adalet.az xəbər verir ki, bunu Modern.az-a Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran bildirib.

S.Aran deyib ki, məscidlərin məzhəblərə görə ayrılması yolverilmzədir:

"Məscidlər "Allah evi” adlanır. Bizdə tarixən məscidlərin məzhəblərə ayrılması barədə rəsmi qərar olmayıb. Sadəcə insanlar şifahi şəkildə qəbul ediblər ki, filankəslər sünni olduğu üçün bu məscidə gedir, filankəslər şiə olduğu üçün digər məscidə gedir. Amma bunu hər kəs öz qəlbində bilib. Heç kim bunu etiraf etməyib, xüsusi olaraq da qabartmayıb”.

Komitə rəsmisi bildirib ki, ilk dəfə olaraq Azərbaycanda vəhdət namazı qılınıb:

"İlk dəfə olaraq Azərbaycandakı "Allah ev”lərində vəhdət namazı qılınır. Məscidlərin məzhəblərə görə ayrılmamasının əsas sübutu da məhz budur. Vəhdət namazı Şamaxı Cümə məscidinin açılışında qılınıb. Açılışda dövlət başçısı, eyni zamanda, müsəlman ölkələrinin səfirlikləri və bütün rayonların imamları, axundları iştirak edib. Bu ənənənin davamı olaraq, Heydər məscidində də bir dəfə sünni, bir dəfə şiə rəhbərinin başçılığı ilə vəhdət namazı qılınır. Bizim vəhdət namazı dünyada ilk hadisədir. Müsəlman dövlətlərinin heç birində sünni və şiə məzhəbinə mənsub olan insanlar bir yerdə namaz qılmırlar. Bu da bizim nə qədər tolerant ölkə olmağımızın göstəricisidir”.