ANA SƏHİFƏ / MƏMLƏKƏT

Maaşlar qalxacaq - Nazirdən AÇIQLAMA

4214    |   2017-11-15 12:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Milli Məclisin Əmək və sosial siyasət komitəsində Azərbaycanda sosial təminatı, müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanın və İşsizlikdən Sığorta fondunun 2018-ci il üzrə büdcələri müzakirə olunur.

Adalet.az-ın məlumatına görə, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, 2018-ci ildə ölkədə doğulanların sayının 156 min nəfər olacağı proqnozlaşdırılır.

"Ömür uzunluğu təqribən 75,9 yaş, qadınlar üzrə 78,3 yaş, kişilər üzrə 73,5 yaş olacağı proqnozlaşdırılır. 15-64 yaş arasında əmək qabiliyyətli yaşda olan əhalinin bütün əhalinin 70,5 faizini, 65 yaşdan olanlar isə bütün əhalinin 6,8 faizini təşkil edəcəyi göslənilir.

İqtisadiyyatda məşğul olanların orta illik sayının 4 milyon 839 min nəfər, muzdla işləyənlərin orta illik sayının isə 1 milyon 555 min nəfər olacağı proqnozlaşdırılır.

Nəzərdə tutulur ki, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı ilin əvvəlinə nisbətən 3,5 faiz artaraq, təqribən 550 manata yaxınlaşacaq.

2018-ci ildə pensiya sisteminə daxil olacaq və pensiya sistemindən çıxacaq pensiyaçıların sayı üzrə proqnozlar, əmək pensiyaçılarının orta illik sayının 2018-ci ildə təqribən 1 milyon 315 min nəfər təşkil edəcəyini göstərir”-deyə S. Müslümov qeyd edib.(modern.az)




İmza:
SON XƏBƏRLƏR
2018-01-21
2018-01-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK