ANA SƏHİFƏ / DÜNYA

Rza Zərrabla bağlı müəmmalı xəbər: 5 gündür yoxa çıxıb

4430    |   2017-11-15 11:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ-da həbs edilən azərbaycan əsilli iş adamı Rza Zərdabın həbsxanada yoxa çıxması ilə bağlı xəbərlər yayılıb.

Adalet.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 27 noyabr tarixində məhkəməsi planlaşdırılan Zərrabın 5 gündür harada olduğu bilinmir.

ABŞ Ədliyyə Nazirliyinin nəzdində olan Federal Həbsxanaları Bürosunun rəsmi internet səhifəsində qeyd olunub ki, Rza Zərrab "09135-104" seriyalı rəsmi sənədə görə, 8 noyabr 2017-ci il tarixində azad olunub. Daha sonra bu məlumatın yalan olduğu açıqlanıb.

Rza Zərrabın vəkili Şeyda Yıldırım mətbuata açıqlamasında iş adamından xəbər ala bilmədiyini deyib: "Onun azad edildiyi xəbəri doğru deyil. Beş gündür ki, bizə heç bir məlumat verilmir. Rza Zərrabdan xəbərimiz yoxdur”-deyə xanım vəkil qeyd edib.

Xatırladaq ki, Azərbaycan əsilli iş adamı Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

Martın 19-da tutulan R.Zərrab barəsində Mayami məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb. Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşı da həbs olunub. Bu ittihamlara görə R.Zərraba 75 il həbs cəzası istənilir.

Qeyd edək ki, Rza Zərrab türkiyəli məşhur müğənni Ebru Gündeşin həyat yoldaşıdır. Cütlüyün Alara adlı bir qızı var.(azvision.az)




İmza:
SON XƏBƏRLƏR
2017-11-24


VİDEO