adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 Noyabr 2017 10:23
11872
MƏMLƏKƏT
A- A+

Bakının bu ərazilərində su olmayacaq

Bu gün paytaxtın bəzi ərazilərində suyun verilməsində məhdudiyyət olacaq.

"Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsindən keçən 1000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar noyabrın 15-də gün ərzində Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.