ANA SƏHİFƏ / MƏMLƏKƏT

Mehriban Əliyeva Parisdə Bakının “Expo 2025” Sərgisinə namizədliyi mərasimində

6109    |   2017-11-15 10:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Noyabrın 14-də Parisdə, Royal Pavilyonda Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə qəbul təşkil edilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

Azərbaycanı "Qafqazın mirvarisi” adlandıran tədbirin aparıcısı ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu dedi. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu tədbirdə iştirak etməsindən şərəf hissi duyduğunu bildirib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə çıxış edib.

Sonra Azərbaycan haqqında videoçarx nümayiş olunub.

Qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə malik Azərbaycan bu gün sürətlə inkişaf edən ölkə kimi bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycanın paytaxtı Bakının "Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması da təsadüfi deyil.

Bu gün Azərbaycan dünyada həm də müxtəlif sahələrə aid mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının yüksək səviyyədə keçirildiyi ölkə kimi tanınır. Bununla yanaşı, ölkəmizin indiyədək iştirak etdiyi bütün beynəlxalq sərgilərdəki pavilyonları və stendləri həm təşkilatçılar, həm də iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Bu tədbirlərdə Azərbaycan layiqincə təmsil olunub, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri geniş təbliğ edilib, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

Bakının "Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə keçirilən qəbulda Azərbaycan və dünya bəstəkarlarının əsərləri, həmçinin xalq mahnıları səsləndirildi.

Qeyd edək ki, Azərbaycan milli pavilyonla ilk dəfə "Milan Expo 2015” Ümumdünya Sərgisində iştirak edib. Ölkəmizin "Milan Expo 2015”dəki pavilyonunu sərgi günlərində 3 milyondan çox insan ziyarət edib. Türkiyədə təşkil olunan "Antalya Expo 2016” Beynəlxalq Botanika Sərgisində də Azərbaycan milli pavilyonu iştirakçılarda böyük maraq doğurub. Astanada keçirilən "Expo 2017” Beynəlxalq Sərgisində isə ölkəmiz "Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub.

Azərbaycan "Expo 2025 Bakı” Sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq.

Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın Paris şəhərlərinin də "Expo 2025” Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliyi irəli sürülüb.

Bakının "Expo 2025” Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə təşkil edilən qəbulda Azərbaycanın və Fransanın tanınmış ictimai-siyasi xadimləri, diplomatik korpusun nümayəndələri və digər nüfuzlu şəxslər iştirak etdilər.

Tədbir zamanı qurulmuş xüsusi monitorlarda Azərbaycan haqqında nümayiş olunan videoçarxlar, ölkəmiz barədə nəşrlər böyük maraqla qarşılandı.

Sonda tədbir iştirakçılarına Azərbaycanla bağlı suvenirlər, paytaxtımızın "Expo 2025”ə namizədliyinə həsr olunmuş kataloqlar və digər xatirə hədiyyələri təqdim edilib.




İmza:
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK