ANA SƏHİFƏ / GÜNDƏM

ULDUZLARA YAXIN OLMAQ...

1327    |   2017-11-15 00:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən saylarımızda)
Elektrik enerjisi ilə təminatın yaxşılaşdırılması sahəsində 32 transformator cari, 11 transformator əsaslı təmir edilmiş, 6-10 kvt-luq elektrik verilişi xətləri üzrə 227 dayaq, 0,4 kvt-luq elektrik verilişi xətləri üzrə 178 dayaq basdırılmış, 12,2 km məsafədə SİP kabel çəkilmişdir.
Əhaliyə verilmiş qazın dəyəri 100 faiz, elektrik enerjisinin dəyəri 86,5 faiz, içməli suyun dəyəri 95,0 faiz ödənilmişdir.
Hesabat dövründə rayonun ümumtəhsil məktəblərinin IX və XI siniflərində yekun yoxlama buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada-Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmişdir.
Həmin imtahanların nəticəsinə əsasən rayonun ümumtəhsil məktəbləri üzrə IX və XI siniflərdə şagirdlərin hamısı müvafiq təhsil sənədi almışdır. Fərəhləndirici haldır ki, ümumtəhsil məktəblərinin məzunlarından 2 nəfəri məktəbi qızıl medalla bitirmiş və onlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat verilmişdir.
2017-ci ildə keçirilən qəbul imtahanlarında 341 nəfər məzun iştirak etmiş, onlardan 224 nəfəri tələbə adını qazanmışdır. Ötən dövrdə rayonda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin şəbəkəsində dəyişiklik aparılmış, rayonun Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi, Uşaq Yaradıcılıq Mərkəzi birləşdirilərək Uşaq-Gənclər İnkişaf mərkəzi, Uşaq-Gənclər İdman Məktəbi və Uşaq Gənclər Şahmat Məktəbi birləşdirilərək onların bazasında Uşaq-Gənclər İdman Şahmat Məktəbi yaradılmışdır.
Əhaliyə tibbi xidmətlərin göstərilməsi sahəsində 2017-ci ilin 9 ayı ərzində stasionara 2740 xəstə daxil olmuş, 631 (2016-cı ildə bu rəqəm 629) cərrahiyə əməliyyatı aparılmış, 7783 təcili yardım çağırışı olmuşdur.
Hesabat dövründə uşaqların icbari dispanserizasiyası işi diqqət mərkəzində saxlanılmış, 13120 nəfər şagird müayinədən keçirilmişdir. İlin sonunadək daha 6380 uşaq icbari dispanserizasiyaya cəlb olunacaqdır.
Ötən müddətdə rayon ərazisində sanitar gigiyenik nəzarətdə olan obyektlərdə profilaktik tədbirlər həyata keçirilmiş, nəticədə əhali arasında xüsusi təhlükəli infeksiyalar və kütləvi zəhərlənmə halları qeydə alınmamışdır.
2017-ci ilin 9 ayı ərzində mədəniyyət müəssisələrində əlamətdar və tarixi günlərin, milli və dövlət bayramlarının, yubiley tədbirlərinin qeyd edilməsi, vətənpərvərlik mövzusunda məzmunlu və rəngarəng tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.
Yay mövsümü ərzində əhalinin və gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında həftənin şənbə və bazar günləri axşam saatlarında konsert proqramları təşkil edilmişdir.
2017-ci ilin 9 ayı ərzində Heydər Əliyev Mərkəzini 4954 nəfər ziyarət etmiş, eksponatların sayı artırılaraq 993-ə çatdırılmışdır. Heydər Əliyev Mərkəzində müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş mövzulara uyğun dərslərin XI sinif şagirdlərinə tədrisi təşkil olunmuş, 35 ümumtəhsil məktəbindən 783 nəfər şagird dərslərdə iştirak etmişdir.
Ötən dövrdə bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması məqsədilə keçirilən 28 rayon səviyyəli idman yarışı və birinciliklərdə 4010 idmançı iştirak etmişdir. Bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə həm yarış, həm də idmançı sayına görə çoxdur. Ötən dövrdə 29 Respublika səviyyəli çempionat, birincilik və turnirdə 236 idmançının iştirakı təmin edilmişdir. Həmin yarışlarda idmançılarımız 14 dəfə I, 10 dəfə II, 9 dəfə isə III yeri tutmuş, ümumilikdə 33 medal qazanmışlar.
Hesabat dövründə rayonda gənclərin hərbi vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyə edilməsi, zərərli vərdişlərdən uzaq olmaları, istedadlı gənclərlə iş, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə hərbi idman oyunları, müxtəlif mövzularda dəyirmi masalar və başqa tədbirlər keçirilmişdir.
Balakən rayonunun 2017-ci il üçün "Gənclər paytaxtı" seçilməsi ilə əlaqədar olaraq "Xəmsə Milli İntellektual Oyunu" üzrə IX Azərbaycan Çempionatının finalı, "Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu" mövzusunda konfrans və mədəni-kütləvi tədbir, "SAY - Solidarity" həmrəylik düşərgəsi, Kompüter oyunları üzrə Azərbaycan çempionatının zona mərhələsi kimi respublika əhəmiyyətli, "Mənim ailəm" Gənclər Festivalı kimi beynəlxalq tədbir rayonumuzda keçirilmişdir.
2017-ci ilin 9 ayında rayon polis şöbəsi tərəfindən 158 cinayət hadisəsi qeydə alınmış, onlardan 93,2 %-nin üstü açılmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlərin sayı 4 fakt azalmışdır.
RİH başçısı tərəfindən aparatda 369 nəfər vətəndaş qəbul edilmiş, vətəndaşlardan aparata 464 yazılı müraciət daxil olmuşdur.
Daxil olan vətəndaş müraciətlərinin 98,9 %-nə (459 müraciətə) bilavasitə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri tərəfindən baxılmışdır.
RİHB aparatında qeydə alınan 464 müraciətdən 9-nu təklif, 395-ni ərizə, 60-nı şikayət məktubları təşkil etmişdir.
Daxil olan ərizə və müraciətlərin 27,6 %- i (128 ədəd) müsbət həll olunmuş, 272 müraciətə dair müvafiq izahat verilmiş, 15 müraciət qismən həll olunmuş, 19 müraciət əsassız hesab edilmiş, 5 müraciət isə baxılmaq üçün aidiyyəti və tabeli qurumlara göndərilmişdir.
Şifahi və yazilı müraciət edən 46 nəfər vətəndaşa maddi yardım göstərilmişdir.
Ötən dövrdə RİH başçısı tərəfindən rayonun qəsəbə və kəndlərində 29 səyyar qəbul-görüş keçirilmiş, bu görüşlərdə 2755 nəfər əhali iştirak etmiş, 97 nəfər vətəndaş tərəfindən 99 təklif və tənqidi qeydlər söylənilmişdir. Səyyar qəbullarda söylənilmiş təklif və tənqidi qeydlərin 52-si icra olunmuş, 9 təklif qismən icra olunmuş, 38 təklifin icrası cari və növbəti illər üçün perspektiv tədbirlər siyahısına daxil edilmişdir.



SON XƏBƏRLƏR
2017-11-24


VİDEO