ANA SƏHİFƏ / SİYASƏT

Rusiyaya, yoxsa Türkiyəyə güvənək?

Nəzakət Məmmədova: “Balans dəyişməlidir”

3899    |   2017-11-14 18:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Hər seydən əvvəl onu qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bir çox beynəlxalq, regional və münaqişə tərəflərinin, eləcə də münaqişədə maraqlı olan dövlətlərin siyasətində məsələyə münasibətdə köklü dəyişikliklər baş verməlidir".Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Putin arasında keçirilən görüşü şərh edən politoloq Nəzakət Məmmədova deyib. Onun sözlərinə görə, beynəlxalq şərait elə dəyişməlidir ki, münaqişənin həlli buna mane olan, indiki statsu-kvonu saxlamaqda maraqlı olan dövlətlərin, ayrı-ayrı qüvvələrin və müəyyən güc mərkəzlərinin qeyri-konstruktiv mövqe tutmalarına baxmayaraq labüd olsun:"Bunu da şərtləndirən bir çox amillər meydana çıxmalıdır. Məsələn, ilk növbədə ABŞ Cənubi Qafqazı özünün "həyati maraq zonası" elan etməlidir. Lakin Tramp Administrasiyası öz diqqətini hazırda Yaxın Şərq və Cənub-Şərqi Asiya regionuna cəmləşdirib".

Politoloq bildirib ki, Yaxın Şərq məsələsində plan bu idi ki, proseslər mərhələli şəkildə İrana, oradan da Cənubi Qafqaza doğru, Rusiyanın, MDB-nin cənub sərhədlərinə qədər irəliləsin və həm İran, həm Rusiya bu münaqişəyə cəlb olunsun. Lakin ruslar və farslar bunu başa düşdülər və bütün səylərini birləşdirib Suriyada prosesi özlərinə uyğun şəkildə yekunlaşdırdılar. ABŞ-ın planı Rusiyanı Qara dənizdə Ukrayna tərəfdən, Baltik dənizdə Baltikyanı ölkələrdən NATO vasitəsilə mühasirəyə alıb sıxışdırmaq idi. Eyni zamanda, Şimali Koreya məsələsini bəhanə gətirib şərqdən Sakit Okeanda öz donanmasını, hərbi gücünü artırmaq və Rusiya ilə Çinə nəzarəti gücləndirmək idi. Lakin gördüyümüz kimi, Rusiya müqavimət göstərməyi bacardı və bu planın Cənubi Qafqaz istiqamətində irəliləməsinin müvəqqəti də olsa qarşısı alındı. Təbii ki, Türkiyə və İran ona dəstək verdilər. Ola bilsin ki, bu plan xaos yaratmaqla, yəni münaqişənin MDB-nin cənub sərhədlərinədək irəliləməsi ilə bərabər, eyni zamanda burada radikal bir dönüş yarada, Qarabağ məsələsinin həllinə də hansısa formada təsir göstərə bilərdi.

Hazırda isə Rusiyanın nəinki öz sərhədləri daxilində, hətta özünün maraq dairəsi hesab etdiyi Suriyada və Aralıq dənizi regionunda mövqeyini təsdiqləməsi Qarabağ münaqişəsinin də onun nəzarətində qalmasını şərtləndirir. Doğrudur, Azərbaycan ətrafında, şimalda və cənubda ABŞ-la İran və Rusiyanın nüfuz savaşı davam edir. Gürcüstanda NATO Təlim Mərkəzi açılıb, ABŞ İranla əldə edilmiş sülhə birtərəfli qaydada yenidən baxmaq istəyir. ATƏT vasitəsilə Qarabağ münaqişəsinin həllində iştirak edir. Lakin ATƏT-in Minsk qrupundakı vəziyyət heç də BMT Təhlükəsizlik Şurasındakı vəziyyətdən fərqlənmir. Çünki BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan nüvə dövlətindən 3-ü Minsk qrupunun həmsədridir. Beynəlxalq siyasətdə bu 5 dövlət yekdil razılığa gələ bilmədiyi, onlardan biri qətnamələrə veto qoyan kimi məsələ iflic olan kimi eyni vəziyyət Qarabağ məsələsində hökm sürür”.

N.Məmmədova onu da bildirib ki, Qarabağ münaqişəsinin həlli üçün balans pozulmalıdır: "Biz Qarabağa dair danışıqların gedişatında bunun dəfələrlə şahidi olmuşuq. Odur ki, danışıqların sülh müqaviləsi ilə başa çatması üçün burada güc balansı tərəflərdən birinin, konkret olaraq ABŞ-ın xeyrinə dəyişməlidir. Çünki onsuz da real olaraq vəziyyətə Rusiya nəzarət edir, Ermənistan da ondan asılıdır. Hüquqi baxımdan danışıqlar ATƏT-in mandatı altındadır və güc balansı Rusiyanın zərərinə pozulduğu halda irəliləyiş gözləmək olar. Nə qədər ki, Rusiya beynəlxalq siyasətdə öz sözünü deyə bilir və lazım gəldikdə hərbi vasitələrlə öz milli maraqlarını həyata keçirə bilir, onun həllində maraqlı olmadığı hər hansı məsələ çətin ki, həll oluna. Türkiyə prezidenti Ərdoğan da deyib ki, əgər Putin istəsə, bu problem daha tez bir zamanda öz həllini tapa bilər.Türkiyənin burada iştirakına gəldikdə, əlbəttə ki, o istənilən dövlətdən daha çox bu münaqişənin ədalətli həllini istəyir. Lakin bir çox səbəblər - nüvə dövləti olmaması, daxili gərginliklər, illərlə davam edən terrorla mübarizə, ABŞ və Avropa ilə mütəmadi gərgin münasibətlər ona öz maraqlarını tam şəkildə həyata keçirməyə imkan vermir. Türkiyə Qarabağ məsələsinə birbaşa müdaxilə edə bilmir. Buna nə Rusiya, nə Ermənistan, nə də onun bölgədə güclənməsini istəməyən digər qüvvələr imkan verməz. Hazırda Minsk qrupunda nisbət ermənilərin xeyrinədir. Aydındır ki, Rusiya və Fransa ermənipərəst dövlətlərdir. Məhz buna görə də danışıqlarda irəliləyiş çox az nəzərə çarpır. Baxmayaraq ki, Azərbaycan və onun prezidenti bütün gücünü bu münaqişənin həllinə yönəldib və problemin həlli Azərbaycanın əsas məqsədlərindən biridir. Hətta zaman zaman bəzi dövlətlərin, məsələn Almaniyanın Minsk qrupuna həmsədrlik məsələsi gündəmə gəlsə də, lakin buna imkan verilmədi, baxmayaraq ki, Azərbaycan buna etiraz etmirdi. Yəni, burada monopoliya Rusiyanın əlindədir. Əgər Almaniya kimi Avropa Birliyinin güclü bir dövlətinə imkan verilməyibsə, Türkiyəyə də bu imkanın verilməsi inandırıcı görünmür. Almaniya bu məsələdə iki cəhətdən fərqlənirdi: o birilər də fərqli olaraq nüvə dövləti və Təhlükəsizlik Şurasının üzvü deyil, erməni lobbisinin təsiri altında deyil”.

N.Məmmədova deyir ki, Türkiyə ən yaxşı halda iki istiqamətdə proseslərə təsir şir edə bilər: "Münaqişə həll edilənədək Ermənistanla əlaqələrdən imtina etmək, onunla sərhədləri açmamaq, iqtisadi layihələrdə iştirakına imkan verməmək və Rusiya ilə yaxınlaşması istifadə edib müəyyən qədər onu münaqişənin Azərbaycanın xeyrinə ədalətli həllinə inandırmaq. Ermənistanın Rusiya-Türkiyə yaxınlaşmasından narahatlığı aydındır. Hətta Ermənistan prezidenti sentyabr ayında BMT Baş Assambleyasının tribunasından Türkiyəni təhdid edərək, Sürix protokollarından birtərəfli qaydada imtina edə biləcəklərini bəyan edib. Türkiyə prezidenti ən yüksək səviyyədə, həm Trampla, həm Putinlə görüşlərdə bu problemi gündəmə gətirib. Amma proseslərə həlledici təsir göstərə bilmir. Çünki bu, ABŞ və Rusiyanın razılaşmasından birbaşa asılı olan məsələdir. Yəni onlar dünyanı nüfuz dairəsinə bölmək məsələlərində sülh yolu ilə razılığa gələndə ümumi dil tapır, razılaşa bilməyəndə isə Ukraynada, Suriyada olduğu kimi radikal yolla öz mövqelərini qorumağa çalışırlar. Bu, Rusiyanın imperiya təfəkküründən irəli gələn məsələdir və o, artıq 300 ildir ki, Qafqazı öz maraq dairəsi hesab edir. Qarabağ məsələsinin həlli üçün əvvəla bu təfəkkür dəyişməlidir. Lakin yaxın illərdə bu, inandırıcı görünmür. Yaxud könüllü tərk etməsə, məcburi şəkildə etməlidir. Bu da inandırıcı görünmür, çünki bu SSRİ kimi fövqəldövlətin varisidir, nüvə silahı var, hərbi potensialı çox güclüdür və s.Odur ki, Türkiyənin burada məcburetmə və təhriketmə mexanizmləri olmadığı üçün yalnız müəyyən vasitələrlə təsir göstərməyə çalışa bilər. Lakin bu təsir münaqişənin kökündən həllinə yox, ona yanaşmanın bir qədər dəyişməsinə səbəb ola bilər. Hər bir halda, əsas amillərdən biri də Ermənistanda və Rusiyada indiki hakimiyyətlərin iqtidardan getməsi, daxili siyasi şəraitin dəyişməsi ola bilər. Əgər bu baş verərsə, Qərbpərəst, demokratik düşüncəli qüvvələrin hakimiyyətinə gəlməsinə imkan yaradılarsa, ki, ABŞ buna çalışır, o zaman bəlkə də daxildən qaynaqlanan səbəblər, yəni Ermənistanın şovinist, Rusiyanın imperialist təfəkkürdə uzaqlaşması məsələyə fərqli yanaşmasının meydana gəlməsinə və münaqişənin həllinə kömək edə bilər”.


Ədil




İmza:
SON XƏBƏRLƏR
2017-11-18
00:37 DEYİLƏM
2017-11-17


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Çelsi"yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ər və arvad evin qarşısında oturublar. Bir turist gəlir və kişidən ingiliscə yolu soruşur. Kişidən səs yox. Turist bu dəfə almanca soruşur. Kişidən yenə səs yox. Turist bu dəfə Fransızca danışmış. Yenə səs yox. İspanca, yenə səs yox. Turist əsəbiləşib gedir. Arvad ərinə deyir:
- Bir dil öyrənməyin zamanı gəldi deyəsən.
- Boş ver, nə gərək var? Adam bu qədər dil bilir, dərdini mənə başa sala bilmədi.




digər lətifələr
ARXİV
FACEBOOK