adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 Noyabr 2017 18:13
13493
GÜNDƏM
A- A+

Prezident İlham Əliyev Mahmud Abbasa məktub göndərib

Azərbaycan prezidentiİlham ƏliyevFələstin Dövlətinin prezidentiMahmud Abbasa məktub göndərib.

Adalet.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Fələstin Dövlətinin Elan Edilməsi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Fələstin əlaqələrinin genişlənməsi və möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və tərəqqi arzulayıram”.